Saytın qaydaları
Saytda ümumi davranış qaydaları:
Bildiyiniz kimi saytda müxtəlif baxışları olan yüzlərlə adam ünsiyyətdə olur. Onların hər biri saytımızın bərabərhüquqlu üzvüdür. Bunu qorumaq üçün də qaydalar vacibdir. Biz məsləhət görürük ki, saytın qaydalarını diqqətlə oxuyasınız. Bu cəmi 5 dəqiqə vaxtınızı alacaq. Əvəzində isə həm sizin, həm də bizim kifayət qədər vaxtımıza qənaət edəcək, saytı isə daha maraqlı və mütəşəkkil edəcək.
İlk növbədə nəzərinizə çatdıraq ki, bizim saytda bütün istifadəçilərə hörmətlə yanaşmaq lazımdır. Heç bir təhqirə yol vermək olmaz. İradlarınız olduqda admin və redaktorlara müraciət edə bilərsiniz (şəxsi ismarıclardan və ya əlaqədən istifadə etməklə). Başqa istifadəçilərin təhqir edilməsi qaydaların ciddi pozulması deməkdir. Administrasiya tərəfindən cəzalandırılır.
İstifadəçilərimizə və özünüzə hörmət əlaməti olaraq oxuduğunuz xəbərə şərh bildirin.
Qəti yolverilməzdir: irqi,dini və siyasi çıxışlar!
Anlayış göstərən hər bir kəsə əvvəlcədən təşəkkür edirik və inanırıq ki saytımızın nəzakətli və ciddi olması hər birinizin arzusudur.
Qəti qadağandır:
- Mövzuya və ya müzakirəyə aidiyyatı olmayan şərhlər;
- İstifadəçilərin ünvanına təhqir və hədələr;
- Şərhlərdə insanın mənliyini alçaldan və millətlərarası ədavəti qızışdıra biləcək hər hansı təhqiramiz sözlər;
- Spam, reklam.
Gəlin bir-birimizə və fikirlərimizi bölüşmək imkanı verən saytımıza hörmətlə yanaşaq. Administrasiya qaydalara zidd olan şərhləri tam və yaxud bir hissəsini silmək hüququnu özündə saxlayır.
Qaydaları pozarkən sizə xəbərdarlıq, bəzi hallarda isə birbaşa ban verilə bilər. Banın götürülməsi üçün adminlərə müraciət edə bilərsiniz.
Admin və redaktorların təhqir edilməsi birbaşa xəbərdarlıqsız banla nəticələnəcək. Başqasının zəhmətinə hörmət etməyi öyrənin.
< Əvvəlki |
---|