Süleymanov Nəriman Veysəl oglunun fəaliyyəti haqqında
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşriyyat şöbəsinin müdiri – Azərbaycan Respublikasının Əməkdar Mətbuat (Poliqrafiya) və Əməkdar Mədəniyyət işçisi SÜLEYMANOV NƏRİMAN VEYSƏL OĞLU 1967-ci ildən " Gənclik" nəşriyyatında əmək fəaliyyətinə başlayıb. daha ətraflı ardında...
İşlədiyi 43 il müddətində ədəbiyyat və bədii tərcümə sahəsində kitab nəşri, kitab qrafika rəssamı, jurnal tərtibatı, təsviri sənət işlərində xüsusi xidmətlər göstərib. Həmin nəşrlər Beynəlxalq kitab sərgilərində və Azərbaycan Mətbuat Komitəsi (Azərbaycan Mətbuat və İnformasiya Nazirliyi) tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası", "Dünya Ədəbiyyatının Korifeyləri", "Dünya ədəbiyyatının inciləri", "20 cildlik macəra və fantastika", "Görkəmli adamların həyatı", "Dünya xalqlarının nağılları" və s. seriyalarını, N.Gəncəvinin, Xətainin, Füzulinin, C.Məmmədquluzadənin, H.Cavidin, Ə.Haqverdiyevin, S.Vurğunun, M.Müşfiqin, M.P.Vaqifin, A.S.Puşkinin, M.Y.Lermontovun, L.Tolstoyun, M.Qorkinin, Çexovun, Qoqolun, M.İbrahimovun, S.Rəhimovun, S.Rüstəmin, R.Rzanın, N.Rəfibəylinin, M.Dilbazinin, Ə.Vəliyevin, B.Vahabzadənin, M.Əlioğlunun, N.Xəzrinin, İ.Əfəndiyevin, N.Həsənzadənin, M.Arazın, O.Sarıvəllinin, X.Rzanın, Anarın, Ə.Əylislinin, X.Hasilovanın, A.Məsudun əsərlərinin kitab şəklində nəşrlərini, "Bakı", "Azərbaycan - Azərbaycan" fotoalbomlarına və Milli Elmlər Akademiyasının nəşri olan 7 cildlik “Azərbaycan tarixi” kitablarına və s. verdiyi "bədii" və texniki tərtibatı xüsusi qeyd etmək olar. Bütün bu kimi fəaliyyətlərlə yanaşı, xalqımızın başına gətirilən 20 yanvar faciəsində də Nəriman Süleymanov o ağır günlərdə xalqımıza dəstək olaraq (500 ədəd çox dəhşətli şəkillərlə), “20 yanvar faciəsi”, “20 yanvar şəhidləri”, “Qanlı şənbə gecəsi” və s. kimi kitabları az bir zamanda işləyib, nəşrə hazır vəziyyətdə lazımi təşkilatlara çatdırmışdır.
Nəriman Süleymanovun kitab nəşri sahəsindəki fəaliyyəti ilə yanaşı "Mühazirəçi", "Türk dünyası", "Ocaq", "Mütərcim", "Xəzər" kimi jurnalların da bədii tərtibatçı rəssamı kimi işıq üzü görməsində xüsusi xidmətləri var. Bu sahədə seçilən fəaliyyətinə görə N.Süleymanov medallar və fəxri fərmanlarla təltif edilib.İşlədiyi illərdə ictimai işlərdən də geri qalmamış, 20 il "Gənclik" nəşriyyatında həmkarlar komitəsinə sədrlik etmişdir.
< Əvvəlki | Növbəti > |
---|
19.10.11 13:01 ərzində olan dəyişikliklər Yazan Konul 19.10.11 11:50