saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Bitki yağlarının bilmədiyimiz faydaları

ÇapE-poçt

Acı badam yağı

Öskürək kəsici, sidik artıran, qurd düşürən və şəkər xəstəliyi üçün istifadə edilir. Quru və çatlaq dəri baxımında təsirlidir. Stress və yorğunluq üçün masaj yağı olaraq istifadə edilir. Bir çay stəkanı suya 2 damcı damcıladıb gündə 3 dəfə içilir.


Xüsusilə, uşaqlar qəbz olarkən badam yağı bərabər miqdarlarda bal və bəkməz ilə qarışdırılıb 4-5 saatdan bir çay qaşığı verilir. DİQQƏT: Yüksək miqdarlarda qəbulu zərərlidir.

Zirə yağı
Uşaqlarda və həmçinin mədədə olan qaz problemini aradan qaldırır. Tər kəsici və sidik artıran təsirləri vardır. Astma və qadınlarda aybaşı nizamsızlıqları hormon tənzimlənməsində istifadə edilir. Dəri baxım və təmizliyində təsirlidir. On iki barmaq bağırsağındakı yaralara da faydalıdır. 2-10 damcı bir şəkər parçası üzərinə damcıladıb və ya bir fincan suya 4-5 damcı damcıladıb gündə 3 dəfə istifadə edilir. DİQQƏT: Daha yüksək miqdarda qəbul edildiyində yüngül bir sərxoşluq sonra yuxu meydana gətirər.

Çəmənotu yağı
Sidik qovucudur, qazı aradan qaldırar, qan dövranını artırar, bronxitə və sinüzit, sarılıq və qaraciyər xəstəliklərində istifadə edilir. Yuxusuzluğu və sinir sistemini tənzimləyir. Xolestrolu nəzarətdə saxlayır. Bir stəkan suya və ya şəkərə 2-3 damcı damcıladıb gündə 3 dəfə istifadə edilə bilər. Sinüzit, revmatizm ağrılarına, sızanaqlar üzərinə qoyularaq istifadə edilə bilər. Buğda yağı Hüceyrə yeniləyici, yanıq, yara və digər dəri problemlərində qırışıqlıqlarda təsirli olaraq istifadə edilir. Bundan başqa həssas və köhnəlmiş saçlar üçün faydalıdır. Dəri ləkələri, günəş ləkələri və doğum ləkələrini aradan qaldırar. Daxilən gündəlik bir çay qaşığı istifadə olunur. Saç və dəri üçün masaj şəklində tətbiq edilir.

Qoz yağı
Quru dərilərdə yumşaldıcı və qidalandırıcı təsirə malikdir. Təbii nəmləndiricidir. Saç diblərini və saçları qidalandırır. həmçinin revmatizmaya yaxşı təsir edir. Günəş altında bürüncləşdirici olaraq istifadə edilir. Xaricdən dəriyə masaj şəklində tətbiq olunur.

Çörəkotu yağı
Sidik və süd arttırıcı, iştah açan təsirlərə malikdir. Revmatizm müalicəsində və qrip dövründə immunitet sistemini gücləndirərək bədənin müqavimətli tutulmasını təmin edər. Saçı qidalandırır tökülməsinin qarşısını alır. Gündə 3 dəfə 1 stəkan suya 4-5 damcı damcıladıb içmek məsləhətdir. Həmçinin saç tökülməsi və kəpəyə qarşı saç diblərinə masaj şəklində istifadə edilir.

Dəfnə yarpağı yağı
Yeməklərə gözəl qoxu vermək üçün istifadə olunur. Qarqara yolu ilə alındığında badamcıq iltihablarında soyuq dəyməyə və grip infeksiyalara yaxşı təsir edir. Tərlədici və Antiseptik xüsusiyyətlərə malikdir. Saç və saç dərisi müalicələrində istifadə olunur. Saç uzanmasına təsir edir. Bir stəkan suya 4-5 damcı damcıladıb. Gündə 2 dəfə içmək məsləhətdir. Hamiləlikdə istifadə edilməməlidir.

Fındıq yağı
Quru və köhnəlmiş dərilərə rahatlıqla tətbiq edilir. Saçqıran üçün də faydalıdır. Doğum əvvəli, doğum sonrası dərinin elastikliyini təmin etmək və dəri çatlağını qarşısının alınması məqsədiylə masaj edilərək istifadə olunur. Gül yağı Ağrı, öskürək kəsici təsirləri vardır. Qəbizlik və təzyiq düşməsində təsirlidir. Həmçinin saç uzadıcı və bəsləyici təsirə malikdir. Xaricdən dəriyə masaj şəklində tətbiq olunur. Bir çay stəkanı suya 10-15 damcı damcıladıb qarqara edilir.

Yerkökü yağı 
Ultraviole (UV) şüasına qarşı bədən immunitetiıni artırır. Günəş yanıqlarının yaxşılaşmasına kömək olur. Hüceyrə yeniləyici, qan təmizləyici və xollestrol tənzimləyici təsirlərə malik olduğu bilinir. Həmçinin səs tellərinə faydalıdır. Gündə 2-3 damcı bir şəkər parçası üzərinə damcıladıb və ya yarım çay stəkanı suya 2-3 damcı damcıladıb istifadə edilən bilər. Jojoba yağı Dərini yumşaldır. Xəttləri və qırışları azaltmaq üçün istifadə olunur. Quru dəriləri nəmləndirir. Akne (Sızanağı) aradan qaldırır. quru və qırıq saçları qidalandırır parlaqlıq verir. Saç şəkilləndirici olaraq istifadə edilir. Saçlara və dəriyə masaj edilərək istifadə edilə bilər.

Kantaron Yağı
Həzmi asanlaşdıran və iştah açan xüsusiyyətlərə malikdir. Qızdırma düşürən təsiri vardır. Mədə yarasını və qastritdə sağalma prosesini tezləşdirir. Bağırsaq spazmlarını həll edir. Bağırsaq soxulcanlarını çıxarır. Hemoroide faydalıdır. Yara və yanıqları iz buraxmadan yaxşılaşdırar. Gündə 2 dəfə-günorta və axşam yeməklərindən əvvəl 5-6 damcı istifadə edilməlidir.

Qərənfil yağı
Ağız və mədə qoxularını aradan qaldırır. Əsəbləri keyidir, antiseptik və ağrı kəsici olaraq istifadə edilər. Diş ağrılarında və diş əti iltihablarında faydalıdır. 1 stəkan suya 2 damcı damcıladıb içmək məsləhətdir. Diş ağrılarında pambıq üzərinə damcıladıb diş üzərinə tətbiq edilir. Qərənfil yağını dəriyə istifadə etmək olmaz. Ərik yağı Üz təmizliyində istifadə edilir. Sızanağı təmizləyir. Dəriyə canlılıq verir. Yaşlanma ilə ortaya çıxan qırışları aradan qaldırır. Nəmləndirici xüsusiyyətə malikdir. Parazit problemlərində istifadə olunur. Tortlarda ətir olaraq istifadə edilir. Xaricdən dəriyə pambıqla tətbiq edilir. Daxilə qəbul üçün bir stəkan suya 3 damcı damcıladıb istifadə olunur.

Kəklikotu yağı
Bronxit, soyuqdəymə, qrip, tənəffüs yolu xəstəliklərinə, diş əti iltihablarına yaxşı təsir edir . Qurd düşürür. Qırmızı qan hüceyrəsi meydana gəlməsini artırır. Şəkər xəstəliyinə yaxşı təsir edir . Yara və yanıqlara antiseptik olaraq istifadə edilər. Revmatizmaya yaxşı təsir edir.Qastrit kimi mədə xəstəliklərinə kömək edir. 2-3 damcı yarım stəkan suya qatılaraq və ya şəkər üzərinə damcıladıb istifadə olunur. Barmaq uclarıyla masaj şəklində tətbiq edilir. Çox miqdarda daxilən istifadəsi təhlükəlidir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check