saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Qaçırılan təyyarədə "terrorist"lə selfi

ÇapE-poçt

Qaçırılan təyyarədə "terrorist"lə selfi
təyyarəni qaçıran kişi stüardessa və sərnişinlə şəkil çəkdirib.İki gün əvvəl Misir Hava Yollarına məxsus təyyarəni oğurlayan Seyf əl-Din Mustafa təyyarədə olan sərnişin və stüardessa ilə selfi çəkdirib. ANS PRESS-in məlumata görə, sosial şəbəkədə yayılan fotolardan da görünür ki, kişi sərnişin və stüardessa cinayətkarın yanında durublar və hətta gülümsəyirlər. Seyf əl-Din ilə şəkil çəkdirən xanım stüardessa və britaniyalı sərnişin hadisə günü təyyarənin göyərtəsində olub.Stüardessa və sərnişin terrorçunun yanında özlərini narahat hiss etmədiklərini bildiriblər.Şəkillər “Twitter” sosial şəbəkəsində paylaşılıb. Fotolarda görünür ki, təyyarəni qaçıran Mustafa belində saxta partlayıcıların olduğu kəmər olub və həmin kəməri də elə məhz təyyarənin göyərtəsində hazırlayıb.Stüardessa Naira Аtef və Böyük Britaniya vətəndaşı Bin İnns Mustafanın yanında özlərini narahat hiss etmədiklərini bildiriblər.Sosial şəbəkədə fotonu paylaşan İnns niyə belə bir risk etdiyini başa düşmədiyini qeyd edib.Martın 29-da İsgəndəriyyədən Qahirəyə uçan təyyarə oğurlanıb. Oğurlanan təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 81 nəfər olub. Sərnişinlərdən biri üzərində bomba olduğunu deyərək, pilotdan təyyarənin istiqəmətini dəyişməyi və Kiprdə eniş etməyi tələb edib.Lakin sonradan onun üzərində bağlanılan kəmərdə heç bir bombanın olmadığı aydın olub. Təyyarəni qaçıran şəxs Misir həbsxanalarında cəza çəkən qadınların azadlığa buraxılmasını tələb edib.Lakin çox keçmədən Seyf əl-Din Mustafa özü təslim olub. O, əllərini qaldıraraq təyyarədən çıxıb. Təyyarənin ekipaj üzvlərindən və sərnişinlərdən heç kim zərər çəkməyib.Kipr Xarici İşlər Nazirliyi isə onun terrorçu olmadığını bəyan edərək, Seyf əl-Din Mustafanın əqli problemləri olduğunu bildirib.Ötən gün Misir isə təyyarəni oğurlamaqda təqsirləndirilən Seyf əl-Din Mustafanın məhkəmə prosesi baş tutub. Məhkəmə iclasında 59 yaşlı Misir vətəndaşına 8 gün həbs cəzası verilib. Qərar Kiprin Larnaka şəhər məhkəməsində qəbul edilib.Seyf əl-Din Mustafa quldurluq, partlayıcı maddələrin qeyri-qanuni saxlanması, insan oğurluğu və terrorizmdə təqsirləndirilib.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check