saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Röyaya: "Mən o pulu Türkiyədə xərcləsəydim..."

ÇapE-poçt

Müğənni İlhamə Qasımova əməkdar artist Röya Ayxanın onun haqqında dediklərinə cavab verib.

"İlhamənin səsi gözəldir. O qız çıxanda deyirdim ki, dəhşət bir şey olacaq. Amma heç nə etmədi" sözləri ilə razılaşmadığını bildirib:

"Mən istədiyim layihələri etdim. Şou-biznesin sirləri var. Sponsor pul qoyur, müğənni edir. Mən nəsə etmək üçün yaşayışımı çətinə salmağı düşünmürəm. Parlamaq üçün maddi çətinliyə düşmək istəmərəm. Mənim 18-25 yaşım olsaydı, edərdim. Mənim başqa amallarım var, həyat davam edir. Ətrafımda o qədər hallar oldu, insanlar vəfat etdilər ki, hər şey boş görünür. Əgər olsa, nə gözəl. Olmursa, bu, mənim üçün problemə çevrilməyəcək. İnsan öləndə özü ilə ağ kəfəndən başqa heç nə aparmır. Mənim üçün ən önəmlisi rahat yaşamaqdır".

İ.Qasımova Röyadan da böyük layihə etdiyini deyib:

"Mən Avropa şou-biznesində iş gördüm, Türkiyədə yox. Bu da var... Buyursunlar, Avropada parlasınlar, iyirmidən çox ölkədə məşhurlaşsınlar. Avropadakı layihəm üçün xərclənən pulu Türkiyə şou-biznesinə sərf etsəydim, indi orada ən məşhur ulduz olardım. Bu, o demək deyil ki, Röyaya söz atıram. Onu dəstəkləyirəm, uğurlu olanda haqqında danışmışam da. O insan işini sevir və hər şeyi də ona qurban verir. Getsin, Türkiyədə davam etsin, heç bura qayıtmasın da. Buradakı sistem müğənniləri sıxır. Onun orada inkişaf etməsi daha gözəldir. Mənim şəxsi həyatım da olmalıdır, Almaniyada davam edə bilməzdim".

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check