saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Röya keçmişindən danışdı: "Sevgilim vardı..."

ÇapE-poçt

Əməkdar artist Röya Ayxan "V Element" verilişinin qonağı olub.

Röya Natəvan Həbibi və Elnarə Xəlilova ilə bağlı gizlinləri açıb-töküb:

"W-trio" vaxtı qızlar mənə lağ edirdilər. İngilis dilini bilmirdim. Deyirdilər, "çuşka"san, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Çünki həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natəvanın geyimlərinə baxıram, deyirəm ay... (gülür) İngilis dilini bilməklə deyil ki. Bir dəfə qızlar Vaqif Gərayzadəyə siqaret çəkdiyimi xəbərlədilər. Sevgilim də var idi. Kişi məni çox danladı. Məni satmalarına pis oldum. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm. Dedim, "Vaqif müəllim, mən gedirəm. Amma bilin ki, masaların üstündə oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam". Dedi, sübut et. Əməkdar artist adı alanda Vaqif müəllim mənə kətə bişirdib gətirdi. İndi Elnarə, Natəvanla münasibətim yaxşıdır. Hərənin öz ətrafı var".

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check