saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

OKSANA "MÜĞƏNNİLİK ETMƏYƏCƏYƏM"

ÇapE-poçt

Oksana: “Müğənnilik etməyəcəm, belə bir fikrim yoxdur”

 


- Oksana, bu konsertdə tamaşaçıları nə gözləyir? Fanatların hansı yeniliklərlə qarşılaşacaqlar?

 

 


- Yeni rəqslər, yeni geyimlər, bir sözlə, gözəl bir şou gözləyir pərəstişkarlarımı. Təbii ki, müğənnilərsiz konsert olmaz. Bir çox müğənnilər də səhnədə yer alacaqlar. Çox sağolsun müğənni dostlarım ki, bu konsertdə mənə dəstək oldular. Hər birinə çox minnətdaram.
- Eşitmişik ki, bu konsertdə mahnı da oxumaq fikrin var?
- Bəli, Elşad Xose ilə birgə bir mahnı oxuyacağam. Ancaq müğənni kimi yox, həvəskar kimi.


- Bəs, bundan sonra yenə də mahnı oxumaq fikrin varmı?
- Müğənnilik etməyəcəm, yəni, belə bir fikrim yoxdur. Amma bəlkə bir hind mahnısı özüm oxuyub, özüm də oynadım.
- Bu konsertdə sənə dəstək olan müğənni dostlarına təşəkkür etdin. Onların arasında kimlər var?
- Röya, Zamiq, İzzət Bağırov, Elşad Xose, yaxın dostum Murad Sadıqov, Səidə Sultan, Xuraman Şuşalı, Rusiyadan gələn bir müğənni xanım Liliya, Rauf Əhmədov, Emil Bədəlov. Onlar mənə dəstək olacaqlar.
- Bəs, Oksana özü bizə neçə rəqs təqdim edəcək?
- Bütünlükdə 4 rəqs ifa edəcəm, amma rəqsin ikisində “Todes” qrupunun üzvləri mənə kömək edəcəklər.
- “İncilər”imizə nələr arzulayırsan?
- Mən arzu edirəm ki, “İncilər”iniz bizim “İncilər”imiz olsun, çoxtirajlı olsun. Oxucularının sayı gündən-günə artsın. Birinci sayınız axırıncı yox, axarıncı olsun. Bir də sizə minnətdaram ki, mənim bu xoş günümdə siz də mənə dəstək oldunuz.

 

qaynaq İNCİLƏR jurnalı

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check