saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Yeganeden evliliyi haqqinda ilk defe eşidecekleriniz

ÇapE-poçt


Yegane

 

Yeganə: “Mən deyirdim ki, həyatda mənim qədər qısqanc insan olmaz, amma Fateh məndən də qısqancdır”

Tanışlığımız 2 il sürdü. Heç sevgi-məhəbbət macərası düşünmürdük, sadəcə dost kimi danışırdıq.

Sonra dostluğumuz getdikcə böyüdü, daha da möhkəmlənməyə başladı, dirəklərini bərk basdırdıq. Düzdür, hər bir qadın kimi mən də arzulayırdım ki, bir ailəm, bir evim olsun, amma Fateh heç düşünmürdü. Dostluğumuz bir il davam etdi, sonra bu dostluq məhəbbətə çevrildi. 
Sizə eksklüziv açıqlama verim ki, mən illərdir mobil telefondan istifadə edirdim, ancaq mesaj yazmağı bilmirdim. Sevgili olarkən çox böyük bir söz-söhbətimiz oldu. O zəng elədi, mən telefonu açmadım, mən zəng elədim o açmadı. Ondan sonra gecənin bir aləmi saat 1-dən 3-4 arasına qədər mən 4-5 cümləlik mesaj yazmağı öyrəndim. Mesaj gedəndə Fateh çox təəccüblənib ki, Yeganə mesaj yaza bilmir, görəsən bu mesajı kimə yazdırıb. Sonra fikirləşib ki, bunu Yeganədən başqa heç kim yaza bilməz. Bu sevgidə mesaj yazmağı öyrəndim.
Təzə sevgili olan vaxt hər gün bir holland gülü gətirərdi. Hər gülümün içindən bir dənə götürüb qurutmuşam, onlar mənimçün ömürlükdür. Mənə ilk aldığı hədiyyə küçük olub. Adı da Teomandır. Maşına benzin vurdurmağa getmişdim, çox fikirliydim, üzümü çevirdim, baxdım ki, bir balaca küçük, elə yazıq siması var ki. Güzgüdən mənə baxırdı, çox gözəl idi, baxdıq bir-birimizə gülüşdük.
Bir dəfə də küsmüşdük, yeni doğulmuş oğlan uşağı hədiyyə etdi mənə, gəlib qapımın ağzına qoyub gedib, telefonuma da mesaj yazıb ki, heç olmasa mənə hörmətin yoxdur, qapıdakı uşağa yazığın gəlsin. O uşaq da indi mənim evimin ən yüksək hissəsində dayanır.
Çox zaman qısqanclıq üstündə dalaşmışıq. Bu çox vaxt Fateh tərəfindən olub Məsələn, məni harasa yemək yeməyə dəvət edəndə. Çox qəribədir ki, mən heç vaxt insanlara baxaraq yemək yeməmişəm, elə otuzdururdu ki, divarı görürdüm. Fatehin də üzü mənə baxırdı. Özü ətrafa baxa-baxa rahatca yeməyini yeyirdi, mən də elə bilirdim ki, mətbəxdə oturub yemək yeyirəm. Heç restoranda deyiləm. Çox qısqanc insandır, mən deyirdim ki, həyatda mənim qədər qısqanc insan olmaz, amma Fateh məndən də qısqancdır. Onu da deyim ki, evləndikdən sonra elə bil yumşalıb - bilmirəm bəlkə də evlilik yumşaldır, ya da hamilə olduğuma görə istəmir xətrimə dəysin.
Yağışlı bir gün idi, maşında yol gedərkən mənə evlilik təklifi etdi, həmin dəqiqə yox dedim. Sonra fikirləşdim ki, mən nə üçün yox dedim, bir kənara çəkdi, dayandıq. Düşündüm. Elə bil hər şey bir anda qəribələşdi mənimçün. Bir az yol getdik. Dedim ki, saxla bir də soruş. Yenidən soruşanda “hə” dedim.


Sonra məni ailəsi ilə tanış olmağa apardı. İlk dəfə tanımadığın atanın, ananın yanına gedəcəksən, əllərindən öpəcəksən və səni sevdiyi qız olaraq ailəsi ilə tanış edəcək, çox həyəcanlı idi. Qaynatamla qaynanam gəmidə oturub dənizin içində uşaqlarından gizlin bir məkana qaçıb axşam yeməyi yeyirdilər. Təsadüfən, Fateh atasına zəng elədi, atası olduqları yeri dedi, çox həyəcanlıydım. Onlarla eyni masada hardasa 20-25 dəqiqə oturdum, elə bil ki, ömrümdən 25 il azaldı. O qədər titrəmişdim ki, ayağımın titrəməsi düz 2 gün çəkdi. Masanın kənarında Fatehin ayağına vura-vura qalmışdım ki,masadan qalxaq . Ailəsi ilə tanış oldum, çox mehriban qarşıladılar, Fateh utandı, deyə bilmədi ki, bu mənim sevdiyim xanımdır. Dedi ki, “bu Yeganə!” Bir tək çay içməyimi xatırlayıram, çaya qənd atmayan Yeganə stəkanı yarıya qədər doldurmuşdu ki, başı qarışsın. Fateh də sağ olsun masada tək qoydu məni, inanın o dünyanı gördüm, gəldim. Əla bir gün yaşadıq amma.
Yaxın zamanlarda, daha doğrusu, 7 aydan sonra 3 nəfər olacağıq, masa arxasında getdikcə artmağa başlayacağıq. Uşaqları çox sevirəm, işim elədir ki, hər dəfə uşağa vaxt ayıra bilmirəm. Hamilə vəziyyətdə televiziyaya çıxmaq var, utanmıram, qəbahət iş də deyil. Bütün analarımıza xas ən gözəl duyğudur ki, mənə də bu duyğunu yaşamaq qismət oldu.
Yavaş-yavaş, düzdür, bir az dəymədüşər oluram. Bu da hamiləliklə bağlıdır.
Oğlan, qız bizim üçün fərqi yoxdur. Ona görə də yoxlatdırmayacağam. Atalar çox vaxt oğlan istəyir, analar qız, amma bizdə əksinədir. Nə olur, olsun əli-ayağı düz olsun. Sevgili vaxtı belə fikirləşirdik ki, 14 uşağımız olsun. Fateh uşaqları çox sevir. İkimiz də fənərliyik, deyirdik ki, 11 oğlumuz olsun, Fənərbaxça komandası yaradarıq.(gülür)
Bir-iki ad fikirləşmişik. Uşağın adı bir az dindən, Qurandan götürülsə, ona da yüngül olar. Oğlan olsa, mən qoyacam adını, qız olarsa, atası. Artıq atası tapıb ad. Hətta sevgili olarkən belə düşünmüşdü. Qızımız olsa, adı Suada olacaq. Atası Su çağıracaq, mən də Ada. Oğlumuz olsa, dini ad qoyacağıq.

10 İLDƏN SONRA YEGANƏ VƏ FATEH CÜTLÜYÜ


Məncə, çox gözəl səviyyədə olacaq, yəqin ki, 10 ildə uşaqlarımız çox-çox böyük olacaq. Yəqin ki, 10 ildə məndə bir az böyüyərəm, düzdür, bu İlahinin verdiyi paydır, ancaq bu birinci övlad mənimçün o qədər çətinliklər yaradır... Deyirəm ki, elə bir dənə uşaqla bu kitab bağlansın. Hər zaman Fateh deyir ki, iki oğlumuz, iki qızımız olsun. Evdə çox uşaq olsun. Demirəm daha 5-6 uşaq dünyaya gətirə bilərəm, Allah mənə də can sağlığı versin, dünyaya gətirdiyim uşaqlar da sağlam doğulsunlar, 2-3 övlad kifayət edər.
Evlilik çox gözəldir. Sevgili vaxtı ala bilmədiklərini indi alır, bir sözlə, evlilik sərf edir mənə. Fateh də, mən də çox sevirik geyinməyi. Bir alış-veriş mərkəzinə salsınlar bizi 5 saatdan sonra gəlib, götürsünlər.Yəni, o qədər sevirik alış-veriş etməyi. Ərzaqlara qədər özümüz alırıq. Bazar günü evimizə ərzaq alınan gündür. Dərziyə gedəndə də Fateh hər zaman yanımdadır. Həm kişilərin zövqü gözəl olur, həm də tam fərqli ampuladan yanaşırlar.
Fateh qabarıq şeyləri sevmir, qaşlarımı belə edim, elə edim yox! Hər zaman özümə rahat geyimlər seçirəm, Fateh də açıq-saçıq, qabartılı, silikon dodaq falan onlara qarşıdır. Amma hər şeydə onun da fikirlərini soruşuram.

SEVƏNLƏRƏ SÖZÜNÜZ
Hər zaman bir-birlərini başa düşsünlər, bir-birlərini dinləsinlər, həmişə ailələr deyir ki, biz yola getmirdik, amma ailə həyatı qurduq. Əgər sevgili vaxtı yola getmədinizsə, ailə qurduqdan sonra da yola getməyəcəksiniz. Doğrudan da, çox pis baxıram belə münasibətlərə. Tanıyırlar bir-birlərini 10 gün nişanlı qalırlar, 12-ci gün evlənirlər. Cütlüklər gərək heç olmasa bir-birilərini 4-5 ay tanısınlar, sonra ailə qursunlar ki, ailənin möhürü daimi olsun.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check