saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Ev şəraitində hazırlanan plombirin resepti

ÇapE-poçt

Plombir dondurması ən yağlı sayılır, onun tərkibində 15%-a qədər yağ olmalıdır. Və həmçinin, o ən şirin dondurma sayılır. Buna baxmayaraq, bu dondurmanı meyvə şirəsi, bal, mürəbbə və şokolad ilə yeyirlər.

İnqrediyentlər:

• süd - 300 milliqram
• qaymaq - 250 milliqram
• quru süd - 35 qram
• şəkər - 90 qram

• vanil şəkəri - 1 çay qaşığı

• qarğıdalı kraxmalı -  10 qram

Ev şəraitində əsl plombiri necə hazırlamaq lazımdır

Qazanda şəkəri və quru südü qarışdırın. 250 milliqram südü süzün və yavaş-yavaş qarışdırın. Kraxmalı qalan 50 milliqram süddə həll edin.

Qazanı orta istilik səviyyədə oda qoyun. Süd qaynayan kimi, kraxmalı əlavə edin. O vaxta kimi qarışdırın ki, qarışıq qatılaşsın. Oddan qazanı götürün, süzün, polietilen plyonka ilə üstünü örtün və soyudun.
Qaymağı (soyuq olmalıdır) çalın və soyuq süd qarışığına əlavə edib, qarışdırın.

Sonra soyuducunun dondurucu kamerasına qoyun, hər bir 20 dəqiqədən sonra çalmaq çərtilə. Dondurma kifayət qədər soyuyanda, yalnız hələ də yumşaq olanda, onu kiçik kağız stəkanlarına yerləşdirin, və bir-iki saatdan sonra onlar əsl plombirə çevriləcək.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check