saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

İtalian pizzasının hazırlanma resepti

ÇapE-poçt

İnqrediyentlər: 2,5 stəkan un, 1 stəkan ilıq su, 2 xörək qaşığı zeytun yağı, 2 çay qaşığı quru maya, 1 çay qaşığı duz, 250 qram döyülmüş pomidor, 150 qram mosarella pendiri, 2 dilim sarımsaq, 1 dəstə reyhan, 1 xörək qaşığı zeytun yağı (sarımsağı qovurmaq üçün), 1 çay qaşığı keklikotu, istiot, duz.

İtaliya pizzasını tez necə hazırlayırlar. Unu ələkdən keçirin, dərin bir qabın içinə yağı, sonra duzu və mayanı tökün. Səliqə ilə suyu süzərək, unu qarışdırın (qiraqlardan mərkəzə doğru), qatı xəmiri yoğurun, un ilə səpilmiş stolun üstünə xəmiri qoyun və 10 dəqiqə ərzində xəmiri yoğurun, sonra xəmirin üstünü örtüb, isti bir yerdə 20 dəqiqə ərzində saxlayın. Xəmir hazır olana kimi, sarımsağı xırda doğrayın və 1 xörək qaçığı zeytun yaqında onu qovurun, sonra pomidoru, duzu, istiotu və keklikotu töküb, 15 dəqiqə ərzində pörtlədin. Xəmiri ortadan bölün, hər bir hissəsini ayrıca çəkib uzadın, oxlov ilə 0,5 santimetrdən qalın olmayan bir ölçüdə xəmır kündələrini yayın. Bərabər miqdarda pizzaların üstünə hazırlanmış tomat sousunu süzün, üstündən xırda doğranılmış pendiri və reyhanı səpin. 10 dəqiqə ərzində 220 dərəcəyə çatmış duxovkada pendir əriyənə kimi bişirin. Çox insanlar pizzanı nəinki onun tərkibində olan müxtəlif əlavələrə, hətta onun tez bir vaxtda hazırlanmasına görə sevir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check