saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Çətinliklər niyə baş verir?

ÇapE-poçt

Bu dünya elə bir yerdir ki, etdyin əməlin əks reaksiyası vardır. Ola bilsin ki, həmin əməllərin təsirini bu dünyada huss etməyək. Lakin biz müsəlmanların əqidəsinə görə, bu dünyadan da başqa bir dünya vardır - əbədi dünya. Həmin dünyada hər bir əməl - kiçikdən tutmuş böyüyə qədər - hamısı təcəssüm edər.

Bu, İlahi sünnətdir ki, hər nə etsən - özünə edərsən, istər yaxşılıq olsun, istərsə də pislik. İnsanın başqasına vurduğu hər bir zərbə özünə qayıdar. Başqasına etdiyi xidmət də özünə edilmiş xidmət olar. Ona görə də hər bir pislik və yaxşılıq sizə təsir edər, başqaları onu dadmazdan əvvəl onu siz hiss edərsiniz. "Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir". ("Bəqərə" 141).

Çətinliklərin müxtəlif fəsləfəsi ola bilər o cümlədən:
1. İnsanın daxili və zahiri istedadlarını çiçəkləndirər.
2. Gələcəyinə görə xəbərdarlıq edər.
3. İnsanı imtahana çəkər.
4. Qəflət yuxusundan ayıldar.
5. Günahların cəzası olar.
6. İnsanın səhlənkarlıqlarının səmərəsi olar.
Ona görə də yaxşı əməl sahibi yaxşı əməlindən faydalanar, pis əməl sahibi isə pis əməlinin cəzasını çəkər.
"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir". ("Zəlzələ" 7-8).
Əməlin təsiri onun yerinə yetirəndən ayrılmaz. İmam Əli (ə) bu haqda buyurur: "Sən heç bir ehsanı başqasına etmirsən və heç bir pisliyi də başqasına etmirsən". Sonra bu ayəni tilavət edir. "Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən)qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik)". ("İsra" 7).
Hər bir əməl insana qayıdar. Belə ki, Quran buyurur ki, əgər Allahın səni bağışlamasını istəyirsənsə, gərək sən də başqalarını bağışlamağı bacarasan. "Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır". ("Nur" 22).
İmam Əli (ə) buyurur: "Rəhm et ki, sənə rəhm olunsun".
Əgər yetimlərinizə rəhm olunmasını istəyirsinizsə, başqa yetimlərə rəhm edin. "Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun". ("Nisa" 9).
Həzrət Peyğəmbər (s) buyurur: "Başqaların yetimlərinə məhəbbət göstərin ki, sizin yetimləriniz məhəbbət olunsunlar".
Başqalarına yer verin ki, Allah da sizə yer versin. "Ey iman gətirənlər, sizə: "Məclislərdə yer verin!" deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və behiştdə) vüsət versin".("Mücadilə" 11).
İlahi əhdə vəfa edin ki, Allah sizin əhdinizə vəfa etsin. "Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim". ("Bəqərə" 40).
Allaha yardım edin ki, O, da sizə yardım etsin. "Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər". ("Muhəmməd (s)" 7).
Hər kim başqasını yolundan azdırmaq istəyər, özünü azdırmış olar. "Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar". ("Ali-İmran" 69).
Münafiqlər ancaq özlərini aldadar. "Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər". ("Bəqərə" 9).
Evə daxil olan zaman özünüzə salam verin. "Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam - Allah tərəfindən olan bərəkətli və pak bir salam verin". ("Nur" 61). Hər kim başqasına salam verər, əslində özünə salam vermiş olar. İmam Əli (ə) buyurur:"Yaxşı şey de ki, yaxşılıqla yada salınasan". İnsanın salam verməsi - həmin yaxşı işlərdən biridir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check