saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Ucaboy olmaq üçün bu qidaları yemək lazımdır SİYAHI

ÇapE-poçt

Boy uzanması insan həyatının vacib mərhələlərindən biridir. Uzun boy genetika ilə bağlı olmaqla yanaşı, həyat tərzi və qidalanmadan da asılıdır.

Çox yayılmış fakt olmasa da, nişasta bədənin təməl enerji qaynaqlarından biridir. Bununla yanaşı, tərkibində B vitamini, lif, dəmir, maqnezium, selenium da var. Həm də çox vacib kalori qaynağı olduğu üçün xüsusən də uşaqların sürətli inkişafını təmin edir. Odur ki, yeniyetmə vaxtı nişasta ilə qidalanmaq daha çox məsləhətdir.

Yumurta ağı

Yumurtanın ağı 100 faiz protein və riboflavin kimi tanınan B2 vitamini tərkiblidir. Riboflavin hüceyrə çoxalmasında məsuliyyət daşıyan vitaminlərdən biridir. Boyun uzanması üçün bu vitaminlərə ehtiyac var.

Soya

Soya yüksək miqdarda protein tərkibli tərəvəzlər sırasındadır. Soyadakı saf protein sümüklərin inkişafında və toxuma kütləsinin artmasında vacib rol oynayır. Boy uzanmasını təmin etmək üçün gündə 50 qramlıq soya yemək kifayətdir.

Yulaf

Yulaf da yüksək miqdarda protein tərkiblidir. Məlum olduğu kimi, yulafın əzələ kütləsini artıran və yağ miqdarını azaldan təsiri var. Səhər yeməyində yulaf əzməsi və ya yulaf məhsulları yemək bu baxımdan çox əhəmiyyətlidir.

Mərcan

Dəniz mərcanlarından əldə edilən və yeyilməsi sümük böyüməsini sürətləndirən bu kalsium maksimum miqdarda faydalıdır. Xüsusən də erkən yaşlarda qəbul edilməlidir. Həkiminizlə məsləhətləşərək, kapsullarından da faydalana bilərsiniz.

Palamut balığı

Palamutla yanaşı kefal, torik və uskumru tərkibindəki zəngin yağ və vitaminlər baxımından sümük inkişafını dəstəkləyir. Mütəxəssislər bu balıqlardan hər hansı birinin həftədə bir dəfə yeyilməsinmi məsləhət görür.

Süd, pendir

Boy uzanmasında ən təsirli minerallardan biri, hətta birincisi kalsiumdur. Süd və süd məhsullarından bol miqdarda olan kalsium sümüklərin uzanmasını təmin edir və bədənin müqavimətini artırır. Əsasən bütün süd və süd məhsullarında kalsium var. Eyni zamanda, gündəlik yeyilən pendirlər və tam yağlı ağ pendir də kalsium baxımından zəngindir.

Toyuq

Toyuq heyvani qidalar arasında ən zəngin protein qaynaqlarından biridir. Protein boyun uzanmasına əhəmiyyətli dərəcədə təsir edir. Toyuq və hinduşka ətindəki bu mineral əzələ və toxumaların inkişafında çox vacibdir. Eyni formada qırmızı ət də bu təsirə malikdir.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check