saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Xroniki stress xərçəngin inkişafını sürətləndirir

ÇapE-poçt

Avstraliya alimləri tərəfindən aparılan araşdırmalar göstərib ki, stress və həyacan orqanizmdə şiş prosesinin yayılmasını sürətləndirir.

ABC News xəbər verir ki, Monaşa Farmasevtik institutu alimləri eksperimentlər nəticəsində aşkar ediblər ki, xroniki stress şişi əhatə edən limfatik damarlarının sayını artırır ki, bu da xərçəng hüceyrələrinin orqanizm boyu yayılmasını sürətləndirir.
Tədqiqatçılar stresin təsirini azaltmaq üçün xərçəng xəstələrinə hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan propranolol dərmanını təyin etməyi təklif edirlər. Eksperiment zamanı bu preparat stresə məruz qalan siçanlara verilirdi.  Nəticədə məlum olub ki, şişin inkişafı ləngiyib.
Hal hazırda alimlər araşdırmanı süd vəzi xərçəngi xəstəlyi olan qadınların iştirakı ilə aparmağı planlaşdırırlar.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check