saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Karıxmış beyin: "şey", "zad", "nədir onun adı", "zəhrimara qalsın"...

ÇapE-poçt

İnsanın başqaları ilə ünsiyyətində ən xoşagəlməz anlardan biri, lazımi sözü yada sala bilməməsidir.
Adamlar məhz bu vaxt böyük bir gərginlik keçirərək "lap dilimin ucundadır" ifadəsini işlədirlər.
Bundan sonra isə vəziyyətdən çıxmaq üçün, "şey", "zad", "nədir onun adı", "zəhrimara qalsın" kimi kəlmələrlə vurnuxuruq.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu söz və ifadələrin mövcudluğu ondan xəbər verir ki, əşyaların və ya insanların adlarını unutmaq geniş yayılmış xüsusiyyətlərdən biridir.
Bu o qədər geniş yayılıb ki, hətta elmi adı da var: "letologika". Yunan dilində "lete" unutmaq, "loqos" isə söz deməkdir.
Bundan başqa qədim yunan mifologiyasında Leto yeraltı dünyanın 5 çayından birinin adıdır. Əfsanəyə görə bu çayın suyundan içən ölülər bu dünyadakı hər şeyi unudurlar.
Lakin letologika sözünü ilk dəfə psixoloq Carl Jung 20-ci əsrdə işlədib, hərçənd bu sözün 1915-ci ildə Dorlandın Amerika Şəkilli Tibb Lüğətinə salındığı da məlumdur.
Bu lüğətdə letologika lazımi sözün yada düşməməsi kimi izah olunur.
Alimlərin fikrincə, Yungun tədqiqatlarında mərkəzi yer tutan yaddaş və unutqanlıq müasir anlamda beynin işlənməsi ilə sıx bağlıdır.

Alimlər deyirlər ki, bizim beynimiz kompüter kimi "naqillənməyib". Kompüterdə bütün informasiyalar səliqəli şəkildə anbarlanıb və istənilən anda bircə düymə ilə çıxarıla bilər.
Britaniya psixoloqu Tom Stafford deyir ki, bizim yaddaşımız olduqca maraqlı prosesdir, lakin burada əsas rolu yadda saxlamağa çalışdığımız predmetlə assosiasiyalar qurmaq qabiliyyətimiz oynayır.
Öz söz ehtiyatımızdan istənilən kəlməni ortaya çaxarmağımız asan məsələ deyil. Məsələn Oxford lüğətində 600 min söz var, lakin bu da milli leksikonun zənginliyini tam əks etdirmir.
Hər bir adamın danışıqda və yazıda işlətdiyi fəal söz lüğətinin həcmi kifayət qədər kiçikdir. Lakin Britaniya filoloqu David Christall-ın fikrincə, fəal lüğətdə hər halda 50 minədək söz olur.
Bu mənada insanın bildiyi və gündəlik nitqində işlətmədiyi sözlərin sayı qat-qat çoxdur.
Alimlərin fikrincə, insan məhz bu passiv lüğətə daxil olan sözlərin yada salınmasında çətinlik çəkir.

Biz çox vaxt nadir hallarda işlətdiyimiz sözləri, məsələn adam adlarını unuduruq.
İnsan düşüncəsi öz təbiəti etibarilə assosiativdir. Yəni biz sözləri ayrılıqda yox, qruplarla yadda saxlayırıq. Məsələn stüardessa, təyyarə, qanad, hava limanı kimi sözləri biz "küll halında" yadda saxlayırıq.
Əgər hər hansı bir sözü heç cür yada sala bilmiriksə, bu o deməkdir ki, beynimizdə həmin sözlə əlaqədar assosiasiyalar yarada bilməmişik.
Letologika bizim sözləri yada sala bilməmək xüsusiyyətmizdir, lakin həm də həmin sözün "izini" tapa bilməməyimizdir, hərçənd bilirik ki, axtardığımız söz hardasa beynimizin dərin qatlarlında mövcuddur.
Mark Gwynn zarafatla yazır ki, bəlkə bizim də həmin o Leto çayından içməyimizdən fayda olardı. Bütün lazımsız informasiyaları silib təmizləyər, beynimizi yalnız lazım olanlarla doldurardıq.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check