saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Şəkəri aşağı salan, köpü götürən, xərçəngdən qoruyan göyərti

ÇapE-poçt

Gənclərin bol yeməsi məsləhət görülən, 100 qramı 36 kalori olan cəfəri A, C, E və K, B9 vitaminin, fol turşusunun qaynağıdır. Eyni zamanda kalsium, potasium və dəmir mineralları ilə də zəngindir.Cəfərinin 10 faydasını təqdim edir.

İmmunitet sistemini gücləndirir

Tərkibindəki A, C, K vitaminləri ilə folat mineralı immunitet sistemini gücləndirir. A vitamini eyni zamanda limfosit və ağ qan hüceyrələri üzərində çox faydalıdır.

Köp problemi olanları rahatladır

Sağlam bir bədən orqanizmdəki suyu mühafizə edir. Ancaq köp kimi maye yığılması zamanı bədən şişir. Köp probleminiz varsa, bir neçə çay qaşığı cəfəri suyu içib rahatlaya bilərsiniz. 1 stəkan qaynar suya cəfəri saplarını əlavə edin. Cəfəri suyu toksinlərin bədəndən atılmasına kömək edir.

Xərçəng və ürək xəstəliklərinə faydalıdır

A vitaminin öncül maddəsi beta-karoten və C vitamini tərkibindən dolayı antioksidan özəlliyə sahibdir. Bu baxımdan sərbəst radikalların yaranmasını əngəlləyir. Cəfəri eyni zamanda ürək xəstəliyi və xərçəngə qarşı da qoruyur. Fol turşusu tərkibi ilə ürək dostu sayılır, çünki infarkt riskini artıran homosistein miqdarının azalmasında yardımçı olur. Təzyiqi aşağı salır. K vitamini və dəmir baxımından zəngin olan cəfəri, bədəndən toksinlərin atılmasını təmin edir və qanı təmizləyir. Qaraciyəri zəhərli maddələrdən təmizləmək üçün də faydalıdır.

Qan şəkərini aşağı salır

Araşdırmalara görə, cəfəri şəkəri olan xəstələrdə qan şəkəri səviyyəsini aşağı salmağa yardım edir.

Yaxşı sidikqovucudur

Cəfərinin sidikqovucu təsiri var. Bu xüsusiyyəti sayəsində cəfəri böyrək daşı, öd kisəsi və infeksiyaların müalicəsində yardımçı olur.

Diş və diş ətini qoruyur

Diş və diş əti xəstəliklərinə qarşı qoruyucu funksiyası var. Ağız qoxusunun getməsində də təsirlidir.

Mədə bulantısını ortadan qaldırır

Cəfəri ciddi bir sağlıq səbəbi olmayan halda ürəkbulanmaya da yaxşı təsir edir. Yarpaqları və sapı antiseptik olan cəfərinin qaz yoxedici təsiri də var.

Artrit müayinəsində böyük rol oynayır

Cəfərinin beta karoten və vitamin tərkibi sayəsində antiiltihab özəlliyi var.

Göz sağlığı üçün faydalıdır

Cəfəri tərkibindəki beta-karoten sayəsində gözlərdə retina sağlamlığını qoruyur. A vitamini ilə də zəngin olduğu üçün yaxşı faydası bilinir.

Antibakterial özəlliyi də var

Xlorofil tərkibli olan cəfəri antibakterial özəlliyə sahib olur. Bunun sayəsində ağız qoxusunun qarşısının alınmasında faydalıdır.

Hamiləlik zamanı çox yeməyin

10 sap cəfəri C vitaminin ehtiyacının yarısını qarşılayır. 60 millilitrdən çox cəfəri suyu içməməyə çalışın.

Hamiləlik və südvermə dövründə cəfərini çox yeməkdən qaçın. Dartılmaları artıracağı üçün riskli ola bilər.

Südvermə dövründə də südün azalmasına səbəb ola bilər.

Dəridə səpki və dərinin günəşə qarşı çox həssaslaşmasına gətirib çıxarır.

Qanduruldan dərman qəbul edirsinizsə, diqqətli olun. Çünki cəfərinin tərkibindəki K vitamini ilə dərman qarşılaşır. Qanın laxtalanmasında rol oynayan K vitamini bəzi dərmanların təsirini azaldır.

Qan təzyiqini yüksəltdiyi üçün yüksək təzyiqi olan xəstələr yeməməlidir.

Cəfəri pəhriz saxlayanlar tərəfindən içilsə də, diqqətli olun. Çünki cəfərini çox içmək maye itkisinə səbəb ola bilər. Bəzi hallarda pəhriz saxlayanların arıqlamasına yağ deyil, maye itkisi səbəb olur.

Hamiləlik ləkələri üçün cəfəri suyu maskasından da faydalana bilərsiniz. Bunun üçün limon suyu və cəfəri suyunu eyni ölçüdə qarışdırın, hamiləlik ləkəsi olan bölgəyə çəkin. Daha sonra 15 dəqiqə gözləyib ilıq su ilə durulayın.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check