saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Duzlu qidaların ziyanı.

ÇapE-poçt

Duzlu qidaların ziyanı.

Duzlu qidaların ziyanı.

Az insan tapılar ki,duzlu qidaları,cipsləri,şorabaları sevməsin.Gün ərzində qida rasionumuzda belə qidalara da önəmli yer ayırırıq.Qidaların bir çoxunun içində və duzun əsas tərkibi olan natrium bədəndə maye tarazlığının təmin edilməsi və qan təzyiqinin təşkilində rol oynayan əhəmiyyətli bir mineraldır. Ancaq çox duz istehlakı bəzi xəstəliklər üçün böyük risk faktoru meydana gətirir. Belə ki, çox duzlu qidalar qəbul etmək yüksək təzyiqə və buna bağlı olaraq ürək və damar xəstəliklərinə gətirib çıxarır.Yüksək təzyiqin meydana gəlməsində duzun çox böyük əhəmiyyəti var.
Bəzi insanlarda böyrəyin duz (NaCl) atma tutumu məhdud ola bilər və lazim olduğundan çox duz alınması təzyiqin qalxmasına və müalicəsində müvəffəqiyyətsizliyə yol açar.Çoxlu duzlu qidalar qəbul etmək böyrəkləri sıradan çıxarmaqla yanaşı,çeşidli xəstəliklərin yaranmasına da səbəb ola bilər."Təzyiqin qalxması qan damarlarında təzyiqin artması vəziyyətidir. Bütün orqan və toxumalarda qan damarları olduğu üçün təzyiqin qalxması bütün bədənə təsir edir.Təzyiqin qalxması ürək, beyin, böyrəklər, böyük arteriyalar və gözlərə daha çox təsir edir. Təzyiqin yüksəkliyi bu orqanlarda qalıcı şikəstliyə də səbəb ola bilər".Uzunmüddətli duzlu qidaların qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb olduğu üçün ölüm halları da istisna deyil. Belə ki, təkcə İngiltərədə hər il 170 min adam təzyiqin yüksəlməsindən dünyasını dəyişir.Duzun sümüklərə də mənfi təsiri var. Həddən artıq duzlu qidaların qəbulu sidikdə kalsiumun atılmasını artırır. Kalsium itkisinin artımı isə sümük əriməsinə səbəb olmaqla yanaşı, sümüklərin qırılma riskini də artırır.Pəhriz saxlayan insanlar duz istehlakına diqqət yetirməlidirlər. Çünki çox duz, bədəndə su tutulmasına səbəb olur, bununla yanaşı, duz iştahaçıcı olduğu üçün pəhriz dövründə çox az istifadə edilməlidir.
"Mütəxəssislər duzun hamilələrə də zərərli olduğunu bildirirlər. Belə ki, hamiləlik dövründə duzlu qidaların qəbulu bədəndə su toplanmasına səbəb olur. Bu da qadınların bədəninin, ən çox da ayaqlarının şişməsi ilə nəticələnir.Hamiləlik dövründə duzlu qidaların qəbulu körpənin inkişafına da təsir edir".Həkimlərin böyük əksəriyyəti, yeməyin duzsuz bişirilib yeyərkən duz əlavə etmənin tərəfdarıdır. Çünki bu zaman daha az duz istifadə edilir. Xüsusilə də isti-plov,makaron kimi yeməklərdə duzun sonradan əlavə edilməsi məsləhət görülür.Duz alarkən tərkibində yod olan duzlara üstünlük vermək lazımdır.Çalışmaq lazımdır ki, natriumu azaldılmış duzlardan istifadə edilsin.yeməklərin ləzzətini artırmaq üçün duzun yerinə cəfəri, nanə, kəklikotu, şüyüd, reyhan, limon və sirkə istifadə etmək daha məqsəduyğundur."Duzlanaraq hazırlanan kolbasa, yarımfabrikat qidalar, konservlər, şorabalar, hazır qarışıqlar, hazır souslarda duz həddən artıq çox olur.Mümkün qədər bu qidalardan az istifadə etmək lazımdır."
Sağlamlığın qorunması və qan təzyiqinin normada saxlanılması üçün gün ərzində bol su içilməli, qazlı suların etiketinə diqqət yetirilməli, tərkibində natrium olan sulardan istifadə olunmalıdır. Onun sözlərinə görə, insanın gündəlik duz ehtiyacı 5 qramdır. Bundan artıq duzun qəbul edilməsi isə orqanizmə zərər vura bilər."Son zamanlar marketlərdə yodlu duzlar satılır.Bu orqanizm üçün xeyirlidir. Amma yodlu duz alarkən bağlı qablarda saxlamaq lazımdır. Çünki işığın təsirindən yod tez bir zamanda buxarlanır.Ümumiyyətlə, sağlam olmaq istəyirsinizsə,qida rasionuzda duzlu qidaları bacardıqca azaldın".
Qeyd edək ki,orqanizmdə yod çatışmazlığı insanların əqli inkişafına,iş qabiliyyətinin,immunitetin zəifliyinə,ölü körpələrin doğulmasına,ana ölümlərinə,gözlə görülən zob xəstəliyinə səbəb olur.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check