saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Yoxmu ürəyimdə sevgi toxumu?

ÇapE-poçt

Yoxmu ürəyimdə sevgi toxumu?

Deyirsən sevgidən,eşqdən yazmıram,

Yoxmu ürəyimdə sevgi toxumu?

Deyirsən sevgidən,eşqdən yazmıram,

Azmı gözlərimdən qovub yuxumu.

Azmı möhnətlərə dözübdür bu can.

Yanmışam dəlisov sevgi oduna.

Azmı ürəyimə dolub həyəcan?

Bələdəm,bələdəm onun dadına.

Sevgidən olsa da əzəl bəlalar.

Hər kəs oz eşqinin yarı deyilmi?

Dünyaya göz açan gözəl balalar,

O böyük sevginin barı deyilmi?

Bəzən dil söyləmir ürək deyəni.

Bəzən bir-birini anlamır onlar.

Möhkəm əldə olsa sevgi yüyəni.

Belə məhəbbətin ömrü çox olar.

Sən,hər deyilən sözə inanma,

Yalnız öz qəlbinin səsini dinlə.

Səni yandırmayan köz ilə yanma.

Səni sevənindir yalnız səninlə.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check