saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Alimlər heyvanların zəlzələni necə hiss etdiklərini başa düşdülər

ÇapE-poçt

Heyvanlar qrunt sularının kimyəvi tərkibinin dəyişməsi vasitəsilə zəlzələnin yaxınlaşdığını hiss edir. Alimlərin fikrincə, heyvanların zəlzələ ilə əlaqələndirilən qəribə davranışının səbəbi məhz bu ola bilər.

Mütəxəssislər təbiət kataklizmi ərəfəsində kimyəvi dəyişiklikləri 2009-cu ildə İtaliyanın Akvila şəhərində baş vermiş dağıdıcı zəlzələyə bir neçə gün qalmış quru qurbağası koloniyası yoxa çıxdıqdan sonra tədqiq etməyə başlamışlar. İndi alimlər zəlzələni proqnozlaşdırmaq üçün heyvanların davranışından istifadə etməyə çalışırlar.

Araşdırmalarının nəticələrini “International Journal of Environmental Research and Public Health” jurnalında dərc etdirən alimlər dağ süxurlarının sıxılması nəticəsində Yer qabığında əmələ gələn elementlərlə qrunt sularının bir-birinə təsir mexanizmini təsvir etmişlər. Məsələ bundadır ki, təbii su hövzələrində və ya onların yanında yaşayan heyvanlar suyun kimyəvi tərkibinə qarşı çox həssasdır. Odur ki, yeraltı təkanları bir neçə gün irəlicədən hiss edirlər.

ABŞ Aerokosmik Araşdırmalar və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) əməkdaşı Fredeman Froynd və Britaniya Açıq Universitetinin bioloqu Reyçel Qrant ümidvardırlar ki, onların fərziyyəsi bioloq və geoloqları zəlzələ əlamətlərini heyvanların köməyi ilə üzə çıxarmağa imkan verən dəqiq mexanizmin öyrənilməsi məqsədilə birgə fəaliyyətə sövq edəcəkdir.

İrimiqyaslı zəlzələlər çox nadir hallarda baş verdiyi üçün onların hansı hadisələrlə müşayiət olunduğunu ətraflı öyrənmək qeyri-mümkündür. Odur ki, Akviladakı quru qurbağalarının əhvalatı xüsusi rol oynayır.

Doktorluq dissertasiyası çərçivəsində quru qurbağaları koloniyasını müşahidə edən Reyçel Qrant xatırlayır ki, göldə yaşayan 96 quru qurbağasından ibarət koloniya üç gün ərzində yoxa çıxmışdır. Qrant öz müşahidələrini “Journal of Zoology”da dərc etmişdir.

Alimlər etiraf edirlər ki, qarşılıqlı təsir mexanizmi çox mürəkkəbdir və əsaslı şəkildə yoxlanılmalıdır. Lakin Reyçel Qrantın sözlərinə görə, yaxınlaşmaqda olan zəlzələni heyvanların duyub reaksiya verməsi əlamətlərini aydınlaşdırmaq imkanı ilk dəfədir ki, yaranır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check