saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Qocalmanı ləngidən dərmanlar

ÇapE-poçt

Alimlər çoxdan fikir veriblər ki, bəzi dərmanlar və maddələr insanın həyatını uzatmaq, qocalmanı ləngitmək qabiliyyətinə malikdir. Belə dərmanlar "heroprotektor" adlandırır, yəni "qocalığın qarşısını alan dərmanlar".
Belə dərmanlardan biri şəkərli diabet xəstəliyinin müalicəsində istifadə olunan metformin dərmanıdır. Rus alimləri tərəfindən laborator siçovullar üzərində aparılan eksperimentlər göstərib ki, metformini qəbul edən heyvanlar daha çox yaşayır. Həmçinin bu preparat onlarda süd vəzi xərçənginin inkişafını ləngidib.
Melatonin  maddəsini də "heroprotektor" adlandırmaq olar. Bu maddə insan orqanizmində qaranlıqda ifraz olunur və yuxunu tənzimləyir. İşıqda ifraz azalır. Eksperimentlər zamanı bu maddənin siçovullar və siçanlara yeridildikdə onların ömrünün xeyli uzandığını müəyyən edilib. Melatonin onkoloji xəstəliklərin müalicəsində də istifadə olunur.
Resveratrol (polifenol) maddəsi üzüm çəyirdəklərinin və qırmızı çaxırın tərkibinə daxildir. Bu maddə cavanlaşdırıcı təsirə malikdir, qocalmanı ləngidir, ürək-damar sistemi xəstəliklərindən qoruyur. Hazırda bütün dünyada qocalmanın qarşısını alan dərmanlarla bağlı geniş araşdırmalar davam edir və müsbət nəticələr verir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check