saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

13 rəqəminin anlamı

ÇapE-poçt

On üç rəqəminin şər qüvvələrlə əlaqəsi varmı?

On iki və on ikiyə qalıqsız bölünən rəqəmlər bütövlük, tamlıq, ahəngdarlıq rəmzidir. Milli.Az xəbər portalı bildirir ki, Günəşin il ərzində - on iki ay ərzində on iki bürcdən keçməsi, sutkanın gecə və gündüz olaraq 24, yəni, iki dəfə on iki saat təşkil etməsi bu bütövlüyün təzahürüdür. Yerin Günəş sistemində hərəkət edən on iki səyyarədən biri olması da təəccüblü deyil. (Bu səyyarələrin hamısı hələ kəşf olunmayıb).

Təbiətdə geniş yayılan on iki iqlim və iyirmi dörd saat qurşağının, on iki metalın, qiymətli və yarımqiymətli on iki mədən daşının möcudluğu da bu həmahənglikdən xəbər verir. Kainatda və təbiətdəki harmoniya insan bədənində də əks olunur. Enerji axan on iki meridianın bütün bədəndə səhhətin səviyyəsini təyin edir.

Təsadüflər, yoxsa...?

Qədim Çin həkimləri əsasən, on iki, ümümilikdə isə yetmiş iki cür (72=12x6 ) nəbz vurğusunu qeydə alıblar.
Müxtəlif dinlərdə də on ikinin özəl məqamı var. Nuh əleyhissəlamın yüz iyirmi il ərzində (120=12x10) gəmi düzəltməsi təsadüf sayilmamalıdır. Yəhudilikdə on iki yəhidi qövmünün. Xristianlıqda on iki həvari (apostul), İslamda on iki imam bu ahəngdarlığın təminatçısıdır.

Türk xalqları on ikilik sistemindən bəhrələnmişlər. Xüsusən, Oğuzlarda bu, özünü bariz göstərir. 24 Oğuz qəbiləsinin mövcudluğu buna sübutdur. Dədə Qorqud dastanlarının on iki boydan ibarət olması təsadüfi hal deyil. 72 saz havasını, Qanun musiqi alətində 72 simin olmasını təsadüfi saymaq olmaz. Oğuzlar içində Azərbaycan xalqına məxsuz on iki muğamın, on iki əruz bəhrinin olması da (nədənsə, tədqiqatçıların əksəriyyəti rübai vəznini unudaraq 11 bəhr yazırlar) ahəngdarliq qanunauyğunluğuna tabedir.

İslamda nəhs rəqəm yoxdur

İslamda nəhs günlərin olduğu qəbul edilsə də, nəhs rəqəmlər yoxdur. Xristianlıqda İsa əleyhissəlamla birgə on iki həvarinin on üç olması, onlardan birinin xain çıxması ilə on iki ahəngdarlığının bərpa edilməsi deməkdir. Deyilənlər, belə bir inam yaratmışdı ki, on üç şeytan rəqəmidir. Bir sıra ciddi Xristian ölkələrində təyyarələrdə on üçüncü sıra yoxdur. On ikidən sonra on dördüncü cərgə gəlir. Binalarda 13-cü mərtəbə hesaba alınmır. Hər ayın on üçüncü günü nəhsdir – batil inamı nə qədər xeyirli tədbirin təxirə salınmasına səbəb olub. Ayın on üçü cümə gününə düşəndə isə Avropa ölkələrində böyük həngamə başlayır. Məsələn, Böyük Britaniyada həmin gün fərdi avtomobillərin qarajda saxlanılmasına üstünlük verirlər. Hamı səksəkə içində qalır. Nə isə xoşagəlməz hadisənin baş verəcəyi xofu doğurdan da, bu qorxunu gerçəkləşdirir.

Əslində on üç rəqəminin şər qüvvələrlə heç bir əlaqəsi yoxdur, ona inananlar isə xürafata düşmüşlərdir. Əgər böyük ruhla, sarsılmaz iman və inamla ən çətin işlərə belə görülürsə, heç bir on üç adama mane ola bilməz.

Firidun Qurbansoy

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check