saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Uşaqlar üçün ləzzətli balıq yeməyi

ÇapE-poçt

Tərkibi 400 qr balıq filesi 1 ədəd toyuq yumurtası 6 ədəd bildirçin yumurtası 2 dilim ağ çörək 6 x/q süd 3 x/q çörək suxarısı Duz (zövqə görə)

Mərhələ 1 Birinci balığı hazırlayaq. Biz məsləhət görərdik ki, evdə hazırlanmış balıq filesi olsun. Bunun üçün ağ balığı yaxşıca yuyuruq və kağız dəsməlla qurulayırıq. Daha sonra əlinizlə və ya maqqaşla qılçıqları təmizləyirik.

Mərhələ 2 Balıqları xırda doğrayın. Mətbəx kombaynından və ya blenderdən keçirin .

Mərhələ 3 Ağ çörəyi bir neçə dəqiqə isti süddə saxlayın. Daha sonra yaxşı sıxın ki, kotlet çox boş olmasın.

Mərhələ 4 Balığı, südə batırılmış çörəyi və 1 ədəd yumurtanı birlikdə yaxşı qarışdırırıq.

Mərhələ 5 Bildircin yumurtalarını 3-4 dəqiqə suda bişirin. Bişdikdən sonra soyuması üçün soyuq suya qoya bilərsiniz.

Mərhələ 6 Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün və əlinizdə düzləşdirin (şəkildəki kimi). Ortasına 1 ədəd bildirçin yumurtası qoyun. Daha sonra balıq filesi ilə onu yumru kotlet formasında bükün. Kotleti elə hazırlayın ki, yumurta görünməsin. Daha sonra kotleti çörək suxarısına hərtərəfli bulayın. Hazır olan kotletləri buxar qazanında bişirin. Əgər buxar qazanınız yoxdursa, sobada da bişirə bilərsiniz. Bunun üçün sobanı 180 dərəcədə qızdırın. Qabın içini duru yağla yağlayın və kotletləri buraya düzün və 40 dəqiqə bişirin. Bu yeməyi fərqli balıqlarla yoxlaya bilərsiniz. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın. Nuş olsun!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check