Mətbəx sirləri: Cütcü
Tərkibi (6 pay):
500 q şor
300 q un
2 ç.q. soda
3 ç.q. duz və su
Cütcünü hazırlamaq üçün əvvəl şoru əzib soda, duz, azca su vurub qarışdırın. Un qatıb yaxşıca qarışdırın. Xəmir çox yumşaq və duzlu olmalıdır. Kiçik kündələr tutun, bol un ilə yayıb qızmış sacın üzərində bişirin.
Hazır cütcüləri bir-bir yağlamaq lazımdır.
< Əvvəlki | Növbəti > |
---|
08.04.16 16:31 ərzində olan dəyişikliklər Yazan Azer 01.04.16 09:59