saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Xıçın

ÇapE-poçt

Tərkibi:

su
duz
500 q ağ pendir
1 kq kartof
un

 

Pendiri ət maşınından keçirin.

Kartofu suda bişirib püre hazırlayın (amma yağla süd qatmayın, sadəcə qabıqlı bişirib, soyub ət maşınından da keçirə bilərsiniz).

Kartofla pendiri qarışdırın. Əsasən kartofla pendiri 1:2 nisbətində götürürlər. Amma zövqə görə dəyişə bilərsiniz.

Ovcunuza yerləşəcək boyda kündələr tutun.

Xəmir:

Unun ortasında çala açın, suya azca duz qatıb bu çalaya tökün, elastik xəmir yoğurun. Xeyli yoğurandan sonra üzərinə dəsmal çəkin, isti yerdə saxlayın.

Xəmirdən götürüb içdən tutduğunuz kündələrdən bir qədər balaca kündələr tutun (şəkildəki kimi), əlinizlə yastılayın, yaxud oxlovla yayın.

İçi xəmirin ortasına qoyun, xəmirin kənarlarını ortaya çəkib için üzərini qapadın. Ucunda artıq xəmir qalarsa, bıçaqla kəsin.

Alınan kündənin üzərindən əlinizlə azca basıb yastılayın, digərlərini hazırlayınca saxlayın.

Hamısı hazır olandan sonra birinci hazırladığınız kündəni bacardıqca nazik yayın. Yayanda xəmir cırılıbsa, həmin yerə su vurub azca un səpin.

Qızdırılmış quru tavaya qoyun, orta itilikli ocaqda iki dəqiqə bişirin, qızaran kimi çevirib o biri üzünü də bişirin. Xıçın şişə bilər, bu zaman bıçaqla azca deşib havasını çıxarın. Bu qayda ilə bütün xıçınları bişirin.

Tavadan götürən kimi üzərinə bol kərə yağı çəkin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check