saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Portağal qabıqlarından mürəbbə

ÇapE-poçt

Bu mürəbbə tək çayla içmək üçün yaramır. Ondan müxtəlif qənnadı məmulatlarının - tort, muss, dondurma, jele və s. - bəzədilməsində də istifadə etmək olar. Üstəlik, gözəllikdən savayı, bu mürəbbə həmin məhsullara xüsusi ətir, dad da verir.

Tərkibi:

3 portağal
300 q şəkər tozu


300 ml su
1 x.q. limon şirəsi

 

Portağalları yaxşıca yuyun. Üzərinə qaynar su tökün (portağallar xarab olmasın deyə onların üzərinə xüsusi maddə, çox vaxt - mum çəkirlər). Hər birini 4 yerə bölün. Mürəbbə üçün yalnız qabıqlar gərəkdir.

Qabığın içindəki ağ qatı soyub çıxarın, çünki o, acı dad verir.

Qabıqları şəridlərə doğrayıb qaba yığın. Üzərinə soyuq su töküb bir gecə saxlayın. Bir neçə dəfə suyunu dəyişin. Bu zaman mürəbbəniz acı alınmaz.

Suda qaldığı müddətdə qabıqlar öz-özünə bir qədər büküləcək.

Suyu süzün. İynəni saplayın. Sapın bir ucunu düyünləyin. Qabıqları spiral kimi büküb iynədən keçirin (boyunbağı kimi).

Bu "boyunbağını" qazana qoyun, üzərinə su töküb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 20 dəqiqə də bişirin. Sonra qaynar suyu süzün, soyuq su töküb yenidən ocağa qoyun. Prosesi 4 dəfə təkrarlamalısınız.

"Boyunbağı"nı sudan çıxarıb bir qaba qoyun.

Ayrı qazana 300 ml su və şəkər tozu tökün. Ocağın üstünə qoyub qaynadın. Qaynara düşəndə portağal qabıqlarını sapdan ayıraraq içinə salın, orta itilikli odda yarım saat bişirin.

Tam soyudun. Sonra limon şirəsi əlavə edib daha yarım saat bişirin.

Nuş olsun!


Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check