saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Kartoflu-pendirli zapekanka

ÇapE-poçt

Tərkibi (4-6 pay):

1 kq kartof
70 q yağ
80 q bərk pendir


0,5 ç.q. kəklikotu qurusu
duz
qara istiot

 

Sobanı 220 dərəcə qızdırın. 18 sm diametrli formanı yağlayın. 
Pendiri sürtgəcdən keçirib kəklikotu ilə qarışdırın. 
Kartofu təmizləyib nazik fal-fal doğrayın. 
Əridilmiş kərə yağı əlavə edib səliqə ilə qarışdırın. 
Formanın dibinə bərabər qaydada kartofun 1/3-ni döşəyin. 
Pendirin 1/3-ni səpin. Duz-istiot vurun. 
Layları təkrarlayın. Ən üst lay yenə pendir olmalıdır. 
1 saat bişirin. Hazır zapekankanı formada 5 dəqiqə saxlayın. Sonra boşqaba tərs çevirin.

Nuş olsun!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check