saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Yeni il salatları

ÇapE-poçt

 

"Şam ağacı"

Tərkibi:

300 q bişmiş toyuq əti
200 q qarğıdalı
1 baş soğan
200 q pendir
1 st. qaynadılmış düyü
mayonez
duz
istiot

Bişmiş toyuq ətini doğrayın, qarğıdalı, doğranmış baş soğan, pendir, qaynadılmış düyü ilə qarışdırın. Duz, istiot, mayonez vurub qarışdırın.
Sonra təpələmə boşqaba yığın. Göy soğan və ya şüyüd, yerkökü və ağ turpdan istifadə edərək onu, şam ağacı formasına salın.

Yeni il.

Tərkibi:

300 q toyuq və ya hinduşka filesi
5 yumurta
150 q qara gavalı
100 q qoz
100 q pendir
mayonez
duz

Fileni bişirin (qaynara düşdükdən sonra hinduşka filesini 35 dəqiqə, toyuq filesini isə 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın. Qara gavalını xırdalayın. Qozu blenderdən keçirin, ya da bıçaqla xırda doğrayın.
Bişmiş yumurtanın ağını sarısından ayırıb ayrı-ayrılıqda sürtgəcin xırda gözündən keçirin. Pendiri də sürtgəcin xırda gözündən keçirin.
Əvvəlcə fileni döşəyin. Duzlayın, mayonez çəkin. Sonra aralarına mayonez çəkməklə bu sıra ilə ərzaqları düzün: yumurtanın sarısı, qara gavalı, pendir, qoz, yumurtanın ağı.

"Şaxta baba"

Tərkibi:

1 toyuğun döş əti
300 q təzə göbələk
200 q bərk pendir
3 yumurta
300-500 q mayonez
bitki yağı
qoz

Toyuq ətini bişirin, soyudub kubik doğrayın. Xırda doğranmış göbələyi də əlavə edib hazır olanadək bişirin. Bişmiş yumurtaları və pendiri sürtgəcin iri gözündən keçirin. 
Aralarına mayonez çəkməklə düzün: toyuq + yumurta + göbələk + pendir + qoz. 
Üzərini yumurta, qırmızı bibər və pomidorun köməyilə bəzəyib Şaxta babaya bənzədin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check