saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Makiyajsız gözəlliyin sirri

ÇapE-poçt

Öz təbii görünüşü kompleks edən qadınlar makiyaja sarılaraq dərilərinə daha çox zərər verir. Halbuki makiyajsız da daha təbii və gözəl görünmək mümkündür.

Dərinizin  sağlam görünməsi üçün yatın

Makiyajsız da gözəl görünmək istəyən qadın ilk  olaraq yaxşı yatmaqdır.  Gündə 8 saat yataraq, gözətrafı qəhvəyi halqaları və şişkinlikləri yox olmasını təmin edə bilərsiniz.

Soyuq suyun sıxlaşdırıcı təsirə malik olduğunu unutmayın

Soyuq suyun dəriyə nəmləndirici təsiri var. Eyni zamanda göz altından tünd halqaların və göz ətrafındakı şişliklərin azalmasına kömək edir. Həmçinin səhər tezdən üzü soyq su ilə yumaq günə daha enerjili və canlı başlamağa kömək edir.

Makiyaj olmadan da gözəl görünmək üçün dərinizin sağlam görünməsi lazımdır. Bunun üçün həftəfə ən az bir dəfə tonik ilə təmizləyib nəmləndiricidən istifadə edin.

Bunu etmədiyimiz halda dəri məsamələri toz hissəcikləri ilə dolar və dəri nəfəs almaz. Xüsusilə, makiyajı tamamiylə üzdən təmizləmədən yatmayın.

Suyun önəmini unutmayın

Su içmək dərinizin yumuşaq olmasını təmin edir. Su içdiyimiz zaman bədənimiz zərərli toksidlərdən təmizlənir.

Bütün fəsillərdə günəşdən qorunun

Yaz-Qıs günəş kremindən istifadə etmək, gün eynəyi taxmaq və nəmləndiricilərdən istifadə etmək, dərinin, xüsusilə gözətrafı bölgələrdə qrışların yaranmasının qarşısını alır.

Qaş və kirpiklərə gözucu yanaşmayın

Makiyajsız gözəl görünmək üçün qaşlara və kipriklərə də diqqət ayırmalısınız. Kiprikqaqatlayan vasitə ilə yox, təbii yolla cazibədar baxışlara sahib ola bilərsiniz. Qaşlarını isə üz qurluşuna görə alınmasına diqqət etmək lazımdır.

Saçlar qadının gözəllik simvoludur

Üzün gözəlliyini saç forması ilə tamamlayın. Qadının təbii gözəlliyini ortaya çıxaran əsas amillərdən biri də saçlardır.

Son olaraq, dərinizə və sağlamlığınıza zərər verəcək bütün alışqanlıqları həyatınızdan çıxarın. Bildiyiniz kimi, siqaret və spirtli içkilərin zərərli təsiri danılmazdır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check