saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Gözlərə qulluq.

ÇapE-poçt

Gözlərə qulluq.

Gözlərə qulluq.

Gözəl gözlər birinci sağlam gözlərdir. Bizim gözlərimizin sağlamlığı, qidamızın keyfiyyətindən və tərkibindən A, B, D, S, və s. vitaminlərin zənginliyindən asılıdır. Boğanaq və tüstülü otaqlar gözlər tam sağlam olduqda belə gözlərə mənfi təsir göstərir. Çalışın belə, otaqlarda uzun müddət qalmayın çünki tüstü gözün selikli qişasını qıcıqlandırır, bunun nəticəsində gözlər qızarır və yaşarır. İş vaxtı çalışmaq lazımdır ki, parlaq, lakin gözü qamaşdırmayan işıq sol tərəfdən düşsün. Parlaq gün işığında gözləri qıymamaq üçün qara gözlüklü eynək taxmaq tövsiyyə olunur. Lakin belə eynək lüzumsuz taxıldıqda ziyan verir. Gözlər tam sağlam olduqda da 2-3 ildən bir dəfə gözün ziyasını yoxlamaq üçün göz həkiminə müraciət etmək lazımdır.

Gözlər üçün ən yaxşı istirahət yuxudur. Gecə yuxusundan başqa, gərginlik tələb edən işdən sonra da (məsələn, uzun müddət oxuduqdan, yazdıqda, tikdikdə və s.) gözlərin əlavə istirahətə ehtiyacı olur. Bu vaxt işi dayandırıb sakitcə oturmaq, düz qabağa baxmaq, ya da gözləri yumaq tövsiyyə olunur. Gözləri yumub 10 dəqiqə uzansanız daha yaxşı olar.
Normal yuxu yatmayan zaman, gözün ətrafında olan dəri qırışır, elastikliyi pozulur, gözün aşağı nahiyyəsində “kisə” əmələ gəlir. Bu cür çatışmamazlıqları aradan qaldırmaq üçün göz dərisinin üzərində süd və yaxud su buzu qoymağı məsləhət görürlər. Göz qızartısını aradan qaldırmaq üçün göz qapağını təzə xiyar şirəsi ilə silin və yaxud gözü qapayıb xiyarı yarıya bölüb üzərinə qoyaraq 15 dəqiqə saxlamağı məsləhət görürlər.

Göz soyuq dəymələrini aradan qaldırmaq üçün çobanyastığı sarğısından istifadə etməsi məsləhət görürlər. Göz qapağı şişlərini aradan qaldırmaq üçün isə həmin nahiyyələrin üzərinə süzgəcdən keçirilmiş kartof sıyığından götürüb, cuna salfetkasına büküb qoymağı məsləhət görürlər. Gözətrafı dəri də diqqətli qayğı tələb edir axı , burada əzələ lifləri və piy toxuması çox azdır, ona görə də dəri çox zərif və nazikdir. Gözlərinizin qayğısına vaxtında qiymət verin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check