saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Psixoloji faktlar

ÇapE-poçt

Texnologiya yaşadığımız dövrün ayrılmaz hissəsini təşkil edir. Bu yazıda ümumi maraqlı psixoloji faktlar və texnologiyanın həyatımıza təsiri haqda danışacağıq. Maraqlı faktlarla tanış olaq.

1. İnsan öz-özünü qıdıqlaya bilməz. Sadəcə bəzi şizofreniya xəstələri bunu bacarır!

2. Beynimiz, sıxıcı insanların ürək sıxan danışıqlarını olduğu kimi deyil, daha fərqli formada qeyd edir.

3. Edilən araşdırmalara görə, profil səhifələrinə çoxlu sayda "selfi” yükləyən kişilərdə psixopat və narsist psixoloji pozuqluğunun olma ehtimalı yüksəkdir

4. Dinlədiyiniz musiqi dünyanı başa düşmək fikirlərinizə təsir edir.

5. "Sevmək” ilə "Obsesif-kompulsif (nəyəsə həddən artıq diqqət yetirmək) xəstəliyi” bədəndə eyni kimyəvi təsiri yaradır.

6. Araşdırmalara görə, pulu nəyəsə sahib olmaq üçün deyil, "təcrübə əldə etmək” üçün xərcləmək insanı daha xoşbəxt edir.

7. Son araşdırmalara görə, fobilər DNT vasitəsilə keçən xatirələrdən irəli gəlir.

8. Edilən araşdırmalara görə "internet trolu” adı verilən şəxslərdə psixi, nasistlik və sadistlik sindromları mövcuddur. Qeyd edək ki, bu insanlar internetdə digər insanların əsəblərinə mənfi təsir edən şəxslərdir.

9. Televiziyaların həyatımıza girməsi bəzi insanlarda "Truman sindromu”nun ortaya çıxmasına səbəb olub. Belə ki, belə şəxslər gizli şəkildə kameraya çəkilib televiziyada göstərildiklərini zənn edirlər.

10. Bir musiqinin ən sevdiyiniz musiqi olmasının səbəbi həyatınızda onunla bağlı xatirənin olması ilə əlaqələndirilməsi ola bilər.

11. "Paris sindromu” xüsusilə yaponların əziyyət çəkdiyi problemdir. Belə ki, bu sindromdan əziyyət çəkən şəxslər Paris haqda çox yüksək fikirlərə sahib olurlar və qarşılaşdıqları mənzərə gözlədikləri kimi olmadıqda depressiyaya düşürlər

12. "Qüds sindromu” daha çox Qüdsü ziyarət edən adamlarda rast gəlinir. Belə ki, bəzi insanlar bu yeri ziyarət etdikdən sonra özlərini peyğəmbərlərə oxşatmağa və belə olduqlarını iddia etməyə başlayırlar.

13. Doğuşdan gözdən əlil olan şəxslərdə şizofreniya xəstəliyinə rast gəlinmir!

14. Texnologiya ilə əlaqəli başqa fobiya "Nomofobil” adlanır. Bu fobiyadan telefonunu itirməkdən qorxan, bağlantının kəsiləcəyindən qorxan şəxslər əziyyət çəkir.

15. Birini 20 saniyədən çox qucaqladığınızda onda sizə qarşı güvən yarana bilər. Bunun səbəbi oksitonin hormonu ilə əlaqəlidir.

16. İnsanlar fiziki cəhətdən yorğun olduqda daha səmimi olurlar, ona görə də gecə saatlarında edilən danışıqlarda daha çox etiraf olunur.

17. Sevdiyiniz birini gördükdə göz bəbəkləriniz böyüyür, bu reaksiya nifrət etdiyiniz adamlarda da eyni reaksiyaya səbəb olur.

18. Hədəflərinizi heç kimlə paylaşmayın! Çünki aparılan araşdırmalar göstərir ki, hədəflərinizi başqaları ilə paylaşanda onları gerçəkləşdirmə ehtimalınız düşür.

19. Hazırki dövrdə araşdırmaçılar internetdən asılılığın ağıl xəstəliyi olub-olmayacağı haqda araşdırmalar aparır.

20. Bütün coğrafi regionlarda insanlar 6 ümumi üz ifadəsi(mimikadan ) istifadə edirlər: sevinc, nifrət, kədər, qorxu, təəccüb, iyrənmə

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check