saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Dünyaca maraqlı faktlar

ÇapE-poçt

 

1. Gün ərzində bir qutu siqaret çəkən şəxs həyatının hər ilindən bir neçə saniyə məhv edir.
2. Napaleonun əsgərlərinin generala 'SƏN' deyə müraciət etmək hüquqları var idi.
3. Birinci minillikdə 365 min 250 gün, ikinci minillikdə 365 min 237 gün olub. Üçüncü minillikdə isə 365 min 242 gün olacaqdır.
4. Dünyadakı canlılardan düz xətt çəkə bilən yeganə məxluq insandır.
5. Yaponiyaya atılan ilk atom bombası 'Enola Gay', ikinci isə 'Bocks Car' adlanan təyyarələrdə yerləşmişdir.
6. Şampan şüşəsi tıxacının uçuş sürəti saniyədə 14, uçuş məsafəsi isə
12 m-dir.
7. İlk reklam 1477-ci ildə İngiltərədə istehsal olunub. Bu, dua kitabının reklamı idi.
8. Tarixdə ən qısa müharibə 1896-ci il avqustun 27-də Böyük Britaniya ilə Zanzibar arasında baş vermişdir. Bu müharibə 38 dəqiqə davam etmişdir.
9. Gülüş zamanı insanın 17 əzələsi işləyir.
10. İnsanın həyatı boyu başında çıxan tükləri ölçsək 725 km edəcək.
11. Cek-Petroşitel XIX əsrin ən tanınmış qatilidir. O, öz cinayətlərini yalnız və yalnız bazar günləri həyata keçirib.
12. Dahi fizik Albert Eynşteyn öləndə son sözlərini özü ilə 'o dünyaya' aparmışdır. Çünki ölən zaman onun yanında olan tibb bacısı alman dilini bilmirdi.
13. 'Yüzillik müharibə' (1337-1453) fasilələrlə 116 il davam etmişdir.
14. İnsan orqanizmində leykositlər 2-4, eritrositlər isə 3-4 ay yaşayır.
15. Fransızlar barmaqları pus, indeks, macor, anyuler, orikyuler deyə adlandırılar.
16. # - işarəsi adətən 'çərçivə', 'nömrə nişanəsi' və ya 'funt' işarəsi sayılır.Əslində isə işarənin rəsmi adı oktotorpdur.
17. Alimlərin fikrincə insan məktəbi bitirdikdən 22 il sonra sinif yoldaşlarının demək olar hamısının adını və simasını yaddan çıxarır.
18. Roma ordusunda hər çadırda 10 əsgər qalırdı. Hər çadırın öz başçısı seçilir və 'dekan' adlanırdı.
19. Taylandın milli himni 1902-ci ildə rus bəstəkarı Pyotr Şurovski tərəfindən yazılıb.
21. İnsan orqanizmində yaşayan bakteriyalar 2 kq təşkil edir.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check