saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Sevgi aforizmləri

ÇapE-poçt

  • Ağıl məhəbbətdən yaranır, ancaq
    Məhəbbət dərk etmir ağlın sözünü. (Uilyam Şekspir)
  • Ağıllı sevgi – həyatın bir hissəsidir,
    dəli sevgi – bütövlükdə həyatı zəbt edir. (Əbu Turxan)
  • Aləm eşq halında kamala gəlir. (Hilmi Ziya Ülkən)
  • Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir. (Emerson)
  • Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. (Hafiz Xarəzmi)Ancaq sevərək gözəlləşmək mümkündür. (Əbu Turxan)
  • Ancaq sevərkən yaşayırlar. (Helvetsi)
  • Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər. (Vissarion Belinski)
  • Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir. (Əbu Turxan)
  • Aşiq eşqinin hökmü altına əqlinin ölçüsündə girməlidir. (İbn Ərəbi)
  • Aşiq özünün aşiq olduğunu bilməməlidir. (İbn Ərəbi)
  • Aşiq sevgilisinin sevincinə sevinir. (Əbu Turxan)
  • Aşiq vüsalla ayrılıq arasında bir fərq görməməlidir. (İbn Ərəbi)
  • Aşiqin ən böyük səadəti onun gözlərində bütün dünyanın gözəlləşməsidir. (Əbu Turxan)
  • Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axmasıdır. (Məhmət Rasim Mutlu)
  • Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir, yarımçıq olanları isə məhv edir. (R.N.Güntəkin)
  • Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər. (Tur Xander)
  • Bəzən şəxs öz iradəsini könüllü olaraq təslim edir: buna səbəb ancaq məhəbbət ola bilər. (Əbu Turxan)
  • Bəzi qadınlar ürəyinin açarını kişiyə verdikdən sonra, ertəsi gün qıfılı dəyişdirir. (Ş.Sent-Böv)
  • Bir adamı unutmağa çalışmaq
    daima onu xatırlamaq deməkdir. (Jan de Labrüyer)
  • Bir nöqtəyə yönəlib yandıran məhəbbətdənsə, bütün dünyaya səpələnib işıqlandıran məhəbbət yaxşıdır. (Əbu Turxan)
  • Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. (Cübran)
  • Bir-birinizin badələrinizi doldurun, amma bir badədən içməyin. (Cübran)
  • Birinə məhəbbətimiz artıq soyuyandan sonra onu ikinci dəfə sevə bilmərik. (Fransua de Laroşfuko)
  • Birinin səni sən istəyən kimi sevməməyi səni qəlbən sevməməyi demək deyil. (Qabriel Qarsia Markes)
  • Biz həmişə inanırıq ki, ilk məhəbbətimiz sonuncu, sonuncu məhəbbətimiz isə ilk məhəbbətimizdir. (Corc Uayt Melvil)
  • Böyük məhəbbət kiçik qığılcımlardan doğur. (Stendal)
  • Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. (Sədi Şirazi)
  • Bütün aşiqlər divanədir.
    Amma bütün divanələr aşiq deyil. (Əbu Turxan)
  • Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif növləridir. (Avreli Avqustin)
  • Bütün sənət növləri məhəbbət və ağlın bu və ya digər nisbətdə birləşməsindən yaranır. (Əbu Turxan)
  • Bütün sevənlər bacardıqlarından çox şey vəd edirlər, lakin edə biləcəklərini belə etmirlər. (Uilyam Şekspir)
  • Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur. (Heyne)
  • Dərindən sevmək – özünü unutmaq deməkdir! (Jan Jak Russo)
  • Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. (A.İ.Gertsen)
  • Dumanla doldurub dünya üzünü,
    Yatırtdım eşq ilə ağlın gözünü. (Nizami Gəncəvi)
  • Əgər ilk məhəbbət qəlbin bütün guşələrini işıqlandıra bilməyibsə, deməli, ilk məhəbbətlər hələ çox olacaq. (Əbu Turxan)
  • Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil. (İbn Ərəbi)
  • Əql ilə sərinləşdirilməyən qızğın məhəbbət buxarlanıb uçacaq. (Əbu Turxan)
  • Əsl kişinin məhəbbət ovu qadın qəlbində sığınacaq tapmaq deyil, bu qəlbi bütövlükdə fəth etməkdir. (Əbu Turxan)
  • Əsl sevgi kitabı oxumaqla qurtarmır.
    Hər dəfə yeni fəsillər, yeni səhifələr açılır. (Əbu Turxan)
  • Eşq – ruha təslim olmaqdır. (Hilmi Ziya Ülkən)
  • Eşq ağlabatan və məqbul olarsa, əsl xoşbəxtlikdir. (Abbasqulu ağa Bakıxanov)
  • Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda əql ilə məhdudlaşdırıla bilməz. (Əbu Turxan)
  • Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır. (Füzuli)
  • Eşq çadırının
    qurulduğu yerdə məntiq axtarma. (Sədi Şirazi)
  • Eşq ilə mən aşinayəm, əql ilən yad olmuşam. (Nəsimi)
  • Eşq meydana girəndə ağıl oranı tərk edir. (M.Meterlink)
  • Eşq özünü fəda etməlidir. (İbn Ərəbi)
  • Eşq şimşəyi çaxanda bütün dünya işıqlanır. (Əbu Turxan)
  • Eşqdən başqa bir şey könlümə yaddır,
    Ömrümün quşuna sevgi qanaddır. (Nizami Gəncəvi)
  • Eşqdir hər iki dünyaya ziynət,
    Eşq ilə dolanır bütün təbiət. (Füzuli)
  • Eşqi başlamaq asan, bitirmək çətindir. (Mark Tven)
  • Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. (Tur Xander)
  • Eşqin zirvəsini duman örtəndə kədərə çevrilir. (Əbu Turxan)
  • Eşqsiz olsaydı xilqətin canı,
    Dirilik sarımazdı böyük cahanı. (Nizami Gəncəvi)
  • Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov sonra tüstü. (Nikola Şamfor)
  • Fəqət hər gözəl olanı könül sevməz. (Cəlaləddin Rumi)
  • Fikrin gücündən də üstün bir güc – sevginin gücüdür. (Əmin ər-Reyhani)
  • Göylər yaransaydı eşqdən azad,
    Düşün, olardımı yer üzü abad? (Nizami Gəncəvi)
  • Göylərdə süzən eşq var.
    O, qəlbə od qoyur. Amma elə eşq var ki,
    gündəlik işlərin mayasına qatılır.
    Bu eşq ailəyə hərarət gətirir. (Rabindranat Taqor)
  • Gözəl (ləyaqətli) qızlara ən böyük pisliyi sevirəm deyə onların peşinə düşən avara aşiqlər edirlər. Onlar nə vaxtsa baş tuta biləcək həqiqi bir sevgiyə kölgə salır, onun qarşısını almış olurlar. (Əbu Turxan)
  • Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir. (Əbu Turxan)
  • Heç vaxt həqiqi ehtirasla sevməmiş insan həyatının yarısını, həm də gözəl yarısını yaşamamışdır. (Stendal)
  • Həm sevib, həm də sevilmək ikiqat xoşbəxtlikdir. (Əbu Turxan)
  • Həqiqi insani məhəbbət ancaq hisslərin şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin insani ləyaqətinə qarşılıqlı hörmətə əsaslana bilər. (Vissarion Belinski)
  • Həqiqi məşuqun surəti yoxdur; sevilən onun mənasıdır. (Cəlaləddin Rumi)
  • Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. (Tur Xander)
  • Hər çiçək bir aləmdir; sevəndə aləm özü də çiçək tək açılır. (Əbu Turxan)
  • Hər eşqin dörd fəsli var. (Əbu Turxan)
  • Hər fəslin öz eşqi var. (Əbu Turxan)
  • Hər gün təzələnməyən məhəbbət adətə çevrilir. (Cübran)
  • Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz. (Aleksandr Düma)
  • Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. (M.Y. Lermontov)
  • İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və onun bədii tərənnümünü fərdi məhəbbətdən seçmək çətinləşmişdir. (Əbu Turxan)
  • İlahi eşqin başlıca əlaməti pərəstiş duyğusudur. (Əbu Turxan)
  • İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur. (Əbu Turxan)
  • İlahi, bir eşq ver mənə,
    Hardayam heç bilməz olum.
    Elə itirim özümü,
    İstəsəm də bulmaz olum. (Yunus Əmrə)
  • İlk məhəbbətin mövhumi obrazı aşiqin özü tərəfindən yaradılmış olur. Yaradan yaratdığını sevməyə bilərmi!? (Əbu Turxan)
  • İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi ilə işıqlanır. (Əbu Turxan)
  • İnsan sevgilisinin simasında bütün dünya harmoniyası ilə vüsal tapmağa çalışır. (Əbu Turxan)
  • İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir. (Abbasqulu ağa Bakıxanov)
  • İnsanlar yaxşıları sevməkdən daha çox sevdiklərini yaxşı hesab edirlər. (Əbu Turxan)
  • Kədər eşqin astarıdır. (Əbu Turxan)
  • Kim isə demişdir: Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz. (İbn Ərəbi)
  • Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. (Əbu Turxan)
  • Könülün öz qanunları var; ağıl onları bilmir. (Blez Paskal)
  • Külək od üçün nədirsə, ayrılıq da məhəbbət üçün odur: zəif hissləri söndürür, güclü hissləri isə üfürüb daha da alışdırır. (A.İ.Kuprin)
  • Maneənin tamamilə aradan qaldırılması "qısa qapanma" yaradır və son başlanğıcla bilavasitə birləşmiş olur. (Əbu Turxan)
  • Məcnunlar yanmasa, dünya isinməz. (Əbu Turxan)
  • Məhdud məhəbbət sevgiliyə sahiblənməni tələb edir. Sonsuz məhəbbət isə məhəbbətin özündən başqa heç nə istəmir. (Cübran)
  • Məhəbbət – arzunun zirvəsidir. (İohann Volfqanq Göte)
  • Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır. (Əbu Turxan)
  • Məhəbbət – bizim ikinci doğuluşumuzdur. (Onore de Balzak)
  • Məhəbbət – həyat yaradır. (Lev Tolstoy)
  • Məhəbbət – hisslərin poeziyasıdır. (Onore de Balzak)
  • Məhəbbət – ölməzlik cəhdidir. (Sokrat)
  • Məhəbbət – ruhun tamamlanmaq əzmidir. (Əbu Turxan)
  • Məhəbbət – sevilmək arzusudur. (Platon)
  • Məhəbbət axmağın müdrikliyi və müdrikin axmaqlığıdır. (Samuel Conson)
  • Məhəbbət ayrılıq saatınadək öz dərinliyini tanıya bilmir. (Cübran)
  • Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir. (Qotfrid Leybnits)
  • Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. (Alber Kamyu)
  • Məhəbbət başqasının xoşbəxtliyini istəməkdir. (Devid Yum)
  • Məhəbbət bir ruhun başqa bədəni istila etməsidir. (Əbu Turxan)
  • Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – məhəbbətdir. (Georq Vilhelm Fridrix Hegel)
  • Məhəbbət birdir, amma iki ürəkdə yaşayır. (Assiriya hikməti)
  • Məhəbbət böyük hisslərlə başlayıb xırda davalarla başa çatır. (Andre Morua)
  • Məhəbbət bütövlük yanğısı və ona cəhd etməkdir. (Aristofan)
  • Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur. (Volter)
  • Məhəbbət bütün günahları bağışlaya bilər, məhəbbətin özünə qarşı günahdan başqa. (Oskar Uayld)
  • Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir. (Deni Didro)
  • Məhəbbət digər duyğularla yanaşı, müstəqil şəkildə mövcud olan sadə duyğudur – altıncı duyğu! Kimdəsə var, kimdəsə – yox. (Əbu Turxan)
  • Məhəbbət dünyası xəyal ilə gerçəkliyin birləşməsindən yaranır. (Əbu Turxan)
  • Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur. (Stendal)
  • Məhəbbət ehtiraslıdır, dostluq isə ruhun keyfiyyətidir. (Aristotel)
  • Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. (Onore de Balzak)
  • Məhəbbət elə bir şeydir ki, o hər şeyi unutdurur, birgə sevgilinizdən başqa. (Fəridəddin Əttar)
  • Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır. (Fyodor Dostoyevski)
  • Məhəbbət əzmi... çox vaxt məhəbbətin özü kimi qəbul olunur; maneələr onu ehtirasa çevirir, vüsal isə yox edir. (Vissarion Belinski)
  • Məhəbbət gerçəkliklə arzu dünyası arasında sərhədi götürür. (Əbu Turxan)
  • Məhəbbət göz yaşı kimidir: gözdən başlayıb ürəyə düşür. (Publiliy Sir)
  • Məhəbbət haqqında gözəl danışan əsl aşiq deyil. (Petrarka)
  • Məhəbbət həmişə başqasına doğru yoldur. (N.A.Berdyayev)
  • Məhəbbət həyatdan əlini üzənləri də yenidən həyata qaytarır. (Əbu Turxan)
  • Məhəbbət iki sevən arasında örtükdür. (Cübran)
  • Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. (Erix Fromm)
  • Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir. (Sufi hikməti)
  • Məhəbbət insanın özünü başqasında itirməsidir. (Sufi hikməti)
  • Məhəbbət insanın özünü başqasında tapmasıdır. (Georq Vilhelm Fridrix Hegel)
  • Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir. (Jorj Sand)
  • Məhəbbət kamillikdir, kamilliyin isə hüdudu olmur. (Uilyam Şekspir)
  • Məhəbbət kəsirsiz büdcədir: verdiyi qədər də götürür. (V.Müller)
  • Məhəbbət kimi desən tutub gizli yollarla Allaha aparar. (Cəlaləddin Rumi)
  • Məhəbbət könül səslərinin harmoniyası, ürəklərin bir-birini anlamasıdır. (Corc Bayron)
  • Məhəbbət könüllü köləlikdir. (Jorj Sand)
  • Məhəbbət melodiyadır. (Aleksandr Puşkin)
  • Məhəbbət mənəvi kamilliyin həm nəticəsi, həm də şərtidir. (Əbu Turxan)
  • Məhəbbət müəyyən mənada konfliktdir. (Jan Pol Sartr)
  • Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir. (İ.S.Turgenev)
  • Məhəbbət qadının həyatında bir tarix, kişinin həyatında isə epizoddur. (Jan Pol)
  • Məhəbbət qəlbin əql üzərində qələbə himnidir. (Əbu Turxan)
  • Məhəbbət qəlbin şeiriyyətidir. (Əbu Turxan)
  • Məhəbbət ruhun canlanmasıdır. (Əbu Turxan)
  • Məhəbbət ruhun günəşidir. (Əbu Turxan)
  • Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür. (Platon)
  • Məhəbbət və intellekt hər biri ayrı-ayrılıqda gözəldir, amma yaxşı olar ki, qarşı-qarşıya durmaqdansa, bir-birini tamamlasınlar. (Əbu Turxan)
  • Məhəbbət və nifrət bəslənməyəndə ölürlər. (Jan Pol Sartr)
  • Məhəbbət zaman ölçüsünü itirməkdir. (M.Svetayeva)
  • Məhəbbəti şəhvətdən fərqləndirən daha bir cəhət onun kəsilməzliyidir. (Əbu Turxan)
  • Məhəbbətin alçaldılması nifrət hissi yaradır. Amma nifrət onu tamamilə silə bilmədiyindən bir müddət onlar qoşa yaşamalı olurlar. (Əbu Turxan)
  • Məhəbbətin çiçəklənə bilməsi üçün münbit mühit lazımdır. (Əbu Turxan)
  • Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül üçün də əlçatmazdır. (Fridrix Şiller)
  • Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük düşməni də qısqanclıqdır. (Cordano Bruno)
  • Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır. (Mopassan)
  • Məhəbbətin uzunmüddətli tanışlıqdan və davamlı yoldaşlıqdan doğduğunu iddia edən insanlar necə də cahildirlər. Həqiqi məhəbbət ruhların qarşılıqlı anlaşmasından doğulur. Əgər o, ilk anda yaranmırsa, nə sonrakı, nə də daha sonrakı anlarda yaranır. (Cübran)
  • Məhəbbətin yolundakı hər hansı bir maneə onu yalnız gücləndirə bilər. (Uilyam Şekspir)
  • Mən sənin qarşında təmiz güzgü kimi dayananda, sən mənə baxdın və öz əksini gördün. Onda sən mənə dedin: Mən səni sevirəm. Əslində, sən məndə özünü sevdin. (Cübran)
  • Məşuq bir güzgüdür ki, aşiqə öz içində yaratdığı idealı göstərir. (Əbu Turxan)
  • Nə qədər insan varsa, o qədər də fikir var. Nə qədər ürək varsa, o qədər sevgi növü var. (Lev Tolstoy)
  • O adamı ki, sən məndə sevirsən, əlbəttə, məndən yaxşıdır: mən belə deyiləm, amma sən sev və mən çalışaram ki, özümdən yaxşı olum. (M.M.Prişvin)
  • Ölçülməsi mümkün olan məhəbbət çox yoxsuldur. (Uilyam Şekspir)
  • Özünüzə aid olmayanı qısqanmaq ayının meşədən küsməsinə bənzəyir. (Əbu Turxan)
  • Qadın məhəbbətində mütləq analıq cizgiləri üzə çıxır. (Fridrix Nitsşe)
  • Qadın özündən aşağı zənn etdiyi kişini sevə bilməz. (Jorj Sand)
  • Qadın qəlbinə aparan cığırların ən kəsəsi yazıqlıqdır. (Corc Bayron)
  • Qadın qəlbinə aparan yolların ən miskini yazıqlıqdır. Qadın qəlbində yerləşə bilmək üçün öz Mənlərini istənilən qədər kiçiltməyə hazır olan kişilər qadının məhəbbət deyil, mərhəmət telinə toxunduqlarının fərqində olmurlar. (Əbu Turxan)
  • Qadın sevəndə hamıdan zəif, seviləndə hamıdan güclü olur. (Erix Osterfeld)
  • Qadın yalnız sevərkən yaşayır. (L.Berne)
  • Qadının gözəl gözləri yaşla dolanda kişi görmə qabiliyyətini itirir. (Alber Turnye)
  • Qadının ləyaqətinin ölçüsü sevdiyi kişi ola bilər. (Vissarion Belinski)
  • Qadınlar qara-dinməz kişiləri sevirlər. Onlar düşünürlər ki, kişilər susanda onlara qulaq asırlar. (S.Qitri)
  • Qarşılıqlı olmasa da, sevmək gözəldir. (Onore de Balzak)
  • Qarşılıqsız eşq alovlanmaz. Alovlansa da, sevənin ancaq özünü yandırar. (Əbu Turxan)
  • Qarşılıqsız eşq səhrada yolunu azanın ilğımda təskinlik tapmasına bənzəyir. (Əbu Turxan)
  • Qəlbdə məhəbbət işığı yananda qaranlıqlar əriyir. (Əbu Turxan)
  • Qəlbin pünhanları ancaq eşq işığında görünür. (Əbu Turxan)
  • Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. (Benedikt Spinoza)
  • Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir. (Anatol Frans)
  • Qısqanclıq özünə aid olanı itirmək qorxusudur. (Əbu Turxan)
  • Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür. (Fransua de Laroşfuko)
  • Qısqanclıqda sevgidən daha çox özünü sevmək var. (Fransua de Laroşfuko)
  • Qızılı odla, qadını qızılla və kişini qadınla sınaqdan çıxarırlar. (Kiçik Seneka)
  • Qürur qışqıran yerdə məhəbbət susur. (F.Jerfo)
  • Ruhu bir nurdur aşiqin, təbiəti bir qaranlıq! (İbn Ərəbi)
  • Sanki bütün dünya sevgililərin sevincinə şərik olur. (Əbu Turxan)
  • Şəhvət məhəbbət kontekstində, məhəbbət isə həyat kontekstində dəyərlidir. (Əbu Turxan)
  • Səndən qorxanı da, sən qorxduğunu da sevə bilməzsən. (Mark Tulli Siseron)
  • Şərqdə idrakın işığı eşq işığının kölgəsində qalır, Qərbdə – əksinə. (Əbu Turxan)
  • Sev ki, görülməyəni görə biləsən,
    İşıq saç ki, istədiyin yerə gedə biləsən. (Nüaymə)
  • Sevdiklərimiz kitab kimidir.
    Oxuduğumuz müddətdə ayrılmaq istəmirik;
    amma elə ki, oxuyub qurtardıq, yenidən oxumaq maraqsız olur. (Əbu Turxan)
  • Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır. (Jan de Labrüyer)
  • Sevdiyinə və saydığına heç vaxt yaltaqlıq eləmə. (Molyer)
  • Sevən mənəm; sevdiyim də mən. (İbn Ərəbi)
  • Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (Alfons Dode)
  • Sevənlər hamısı şairdirlər. (Platon)
  • Sevgi – halından məmnun olmaqdır. (Hilmi Ziya Ülkən)
  • Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur. (Əbu Turxan)
  • Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal dünyasına köç edir. (Əbu Turxan)
  • Sevgi bir od ki, yandırır ürəyi;
    Sevgi bir göz ki, yox onun bəbəyi. (Cəfər Cabbarlı)
  • Sevgi bizi böyük işlərə ruhlandırır və həm də bu işləri görməyə mane olur. (Aleksandr Düma)
  • Sevgi daha çox qeyri-müəyyənliklə, müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində bir möcüzə axtarışıdır. (Əbu Turxan)
  • Sevgi nə qədər böyük olsa, kədəri də bir o qədər böyük olacaq. (Benedikt Spinoza)
  • Sevgi qocalmır. (Ülvi Bünyadzadə)
  • Sevgili aşiqin qəlbindədir.
    Fəqət aşiq sevgilinin özündə olduğunu bilməz,
    onu yenə kənardakı sevgili vasitəsi ilə tanıyar. (İbn Ərəbi)
  • Sevgilinin gördüyü hər iş gözəldir. (İbn Ərəbi)
  • Sevgini sevgidən başqa yolla duymaq mümkün deyil. (Əbu Turxan)
  • Sevginin ilk əlaməti kişidə cəsarətsizlik, qadındasa cəsarətdir. (Viktor Hüqo)
  • Sevinc və sevgi ruhun iki qanadıdır. (Hilmi Ziya Ülkən)
  • Sevmək öz xoşbəxtliyini başqasının xoşbəxtliyində tapmaqdır. (Qotfrid Leybnits)
  • Sevmək sevilməkdən daha böyük fəzilətdir. (Sufi hikməti)
  • Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. (Əbu Turxan)
  • Sevməyənlər xoşbəxt ola bilməzlər. (Əbu Turxan)
  • Səxavət – həddini keçəndə israfçılığa, sevgi – həddini keçəndə məcnunluğa çevrilir. (Əbu Turxan)
  • Sonsuz hissin sonlu varlığa yönəldilməsi sözün müstəqim mənasında məcnunluqdur. (Əbu Turxan)
  • Tumurcuq sevəndə çiçək olur, çiçək sevəndə – bar. (Rabindranat Taqor)
  • Ürək ağlı artıra bilsə də, ağıl ürəyə təsir edə bilməz. (Anatol Frans)
  • Varlıq eşq üzərində qərar tutur. (Nizami Gəncəvi)
  • Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. (Əbu Turxan)
  • Yerə də enəndə yalnız məhəbbətin qanadlarında enmək olar. Qanadlar səni bataqlığa düşməkdən qoruyar. (Əbu Turxan)
  • Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır. (Əbu Turxan)

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check