Rüfət Mehdiyev vəfat edib
Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyev vəfat edib. Müğənni ötən gecə saat 03:00 radələrində qan təzyiqinin qalxması və beyninə qan sızması nəticəsində dünyasını dəyişib. Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb. 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
< Əvvəlki | Növbəti > |
---|
03.02.11 23:21 ərzində olan dəyişikliklər 01.02.11 00:00