Defne Joy Foster dünyasını dəyişdi
Defne Joy Foster dünən gəcə saat 3 radələrində dostlarından birinin evində dünyasını dəyişmiş olaraq tapıldı.
"Sihirli Annem" serialında məşhurlaşan Defne Joy Foster Türkiyənin "Show TV" telekanalında "Yok böyle dans" rəqs müsabiqəsində iştirak etmiş və son 4 cütə gəlib çatmışdı.
Yığılan vəsaiti ilə əngəlli uşaqlar üçün məktəb tikiləcəyi bu müsabiqədə Defne Joy Fosterin özünə məxsus yeri var idi. İndi isə Defne Joy Fosterin ölüm səbəbi araşdırılır. Amma deyilənlərə görə onun asma xəstəliyi və ürəyində problemləri var idi. Allah rəhmət eləsin.
< Əvvəlki | Növbəti > |
---|
03.02.11 00:30 ərzində olan dəyişikliklər Yazan G-Corp 02.02.11 23:41