ÖD KİSƏSİ VƏ ÖD YOLLARI
Zirincin köklәrini vә yarpaqlarını xırda-xırda doğrayın, Ondan 20 qr- götürüb bir stәkan suda 15—20 dәqiqә dəmә qoyun. Bu dәmlәmәdәn gündә 2 stәkan (sәһәr vә axşam) çay kimi için. Bu öd kisәsindә daş әmәlә gәlmәsinin qarşısını alır vә öd yolu xәstәliklәrini müalicә edir.
*****************
Yaz aylarında gicitkәnin tәzә yarpaqlarını vә körpә zoğlarını ovucun içindә duzla ovuşdurduqdan sonra yedikdə öd kisәsi təmizlәnir. Onu bir həftә әrzindә һәr gün yemәk lazımdır.
*****************
Öd yolu xəstәliklәrinә müsbәt tәsir göstərən bitkilәrdən biri gülümbaһardır. Bu bitkinin qurudulmuş çiçəklәrindәn 20 qr. götürüb 200 qr. qaynar suda (dәm çaynikindә) yarım saat dәmlәyib vә süzürlәr. Bu dəmlәmədәn gündә 3 dәfə 2 xörək qaşığı içirlәr. Bu müalicә bir һәftə davam edildikdә öz müsbət tәsirini göstәrir. .
*****************
Bir stәkan yulafı 1 litr suda qaynadıb, suyun çox һissәsini süzüb atırlar. Gündə 3—4 dәfә qaynadılmış yulafdan yeyirlər. Bu ödqovucu mualicә üsulu kimi çox xeyirlidir.
< Əvvəlki | Növbəti > |
---|
28.01.13 21:42 ərzində olan dəyişikliklər Yazan NiCorp 23.01.11 00:05