Şeir Dünyamız... — Ayrılmayaq...

1.5M ratings
277k ratings

See, that’s what the app is perfect for.

Sounds perfect Wahhhh, I don’t wanna

Ayrılmayaq…

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin

Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca
,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…

Rəsul Rza. 


image
Ayrılmayaq Rəsul Rza sevda ayrılıq şeir şair şeir kimi poetry love azerbaijan şiir

See more posts like this on Tumblr

#poetry #Ayrılmayaq #Rəsul Rza #sevda #ayrılıq #şeir #şair #şeir kimi #love #azerbaijan #şiir