saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Körpələrdə qızdırma

ÇapE-poçt

Uşaqlarda bədən hərarətinin yüksəlməsinin əsas səbəbi əksər hallarda müxtəlif virus və infeksiyalar, iltihabi proseslərdir.Uşaqda temperatur olduqda necə hərəkət etmək lazımdır?
Hər şeydən əvvəl, narahat olmayın və temperaturu aşağı salmağa tələsməyin. Hərarətin yüksəlməsi orqanizmin təbii bir müdafiə reaksiyasıdır. Uşağın immun sistemi qoruyucu maddələrin aktiv sintezinə yalnız 38,5°C-dən yuxarı temperaturlarda başlayır.

İlk növbədə uşağın ümumi vəziyyətini qiymətləndirməlisiniz. Bu, əlavə tədbirlər üçün məlumatlı bir qərar verməyinizə kömək edəcəkdir. İstilik dərəcəsindən və körpənin yaşından asılı olmayaraq, pediatr tərəfindən dərhal müayinə tələb edən simptomlar var: 3 aydan kiçik bir körpə üçün 38.0°C, 3 aydan 3 yaşa qədər uşaqlarda 38.0°C-dən yuxarı, 3 yaşdan böyük uşaqlarda 38.5°C-dən yuxarı temperatur; atipik davranış – yüksək səslə ağlamaq, yuxululuq, iniltilər güclü baş ağrısı qıcolmalar şüurun qaralması qan təzyiqinin aşağı düşməsi davamlı qusma və ya ishal qarın ağrısı boğaz və ya qulaq ağrısı başı sinəyə bükə bilməməyiniz (bu kəskin bir ağlamaya səbəb olur) uşaqda yanaşı gedən xroniki xəstəliklərin olması temperatur düşəndə belə uşağın vəziyyətində yaxşılaşma olmaması, temperatur normallaşdıqdan sonra yenidən istiliyin görünməsi nadir hallarda sidiyə çıxma, dəri və selikli qişaların quru olması yemək və içməkdən imtina İstiliyi nə zaman salmaq lazımdır? 3 ayından-3 yaşadək uşaqlarda temperatur 38°C-dən, 3 yaşdan böyük uşaqlarda isə 38,6°C-dən aşağı olarsa və eyni zamanda uşaq özünü yaxşı hiss edərsə, temperaturu aşağı salmaq lazım deyil. Aşağıdakı hallarda temperaturun dərəcəsindən asılı olmayaraq müdaxilə tələb olunur: Temperaturun dərəcəsindən asılı olmayaraq uşaq özünü yaxşı hiss etmir; Xroniki somatik xəstəlikləri olan bir uşaqda (ürək, ağ ciyər, beyin və ya sinir sistemi patologiyası); Əvvəllər qızdırma fonunda qıcolma tutması olmuşdursa. İstiliyi necə salmaq olar?

 

 

 

Uşağı qalın geyindirməməli, üstü örtülməməli, geyimlər nazik və geniş olmalıdır; Otaqda temperatur 21-22°C-dən çox olmamalıdır; İlıq su ilə bədən yuyulmalı və yaxud da ilıq su (soyuq yox!) ilə silinməlidir. Bədəni spirt və ya sirkə ilə silmək olmaz; Uşağa bol miqdarda maye və sulu qidalar verilməlıdir. Ev şəraitində uşaqlarda temperatur yalnız parasetamol və ya ibuprofen tərkibli dərmanlarla aşağı salına bilər. Bu zaman bəzi şərtlərə riayət etmək vacibdir: Bütün antipiretik dərmanlar yaşa görə deyil, körpənin çəkisinə uyğun təyin olunmalıdır; Dərman preparatı dərmanın qəbul qaydası üzrə təlimatda göstərilirilən və həkim tərəfindən məsləhət görülən dozadan artıq olmamaqla verilməlidir; Uşaqlara temperaturu aşağı salan dərman preparatlarını 3 gün dalbadal olmaqla vemək məsləhət görülmür. Əgər görülən tədbirlər temperaturu düşürməzsə, bu zaman təcili yardıma, pediatra və yaxud da xəstəxanaya müraciət olunmalıdır.

Page Rank Check